Oxşar xəbərlər
Ukraynada genişmiqyaslı müharibənin növbəti günləri və həftələri logistika döyüşünə çevriləcək.
ASmedia.az xəbər verir ki, bunu Britaniya hərbi kəşfiyyatının keçmiş rəhbəri, hava marşalı Fil Ozborn deyib.
“Rusiya ordusu Donbasda qeyri-mütənasib qüvvələr yaratmağa və Ukrayna hərbçilərini xeyli üstələməyə çalışır. Rusiya Mariupolu ələ keçirmək istəyir, çünki onun qoşunları şərqdəki hücumu dəstəkləmək üçün məhz oradan şimala doğru hərəkətə başlamaq niyyətindədir”, - kəşfiyyatçı bildirib.
Ozborn qeyd edib ki, Ukrayna hərbçilərinin problemi şərqə lazımi sayda silah və texnikanı zamanında çatdıra bilməməsi olacaq:
“Donbasdakı döyüş gələn ay müharibənin taleyini təyin edəcək”.