Kadırov Delimxanovu Ukraynaya göndərdi

12-09-2022, 17:20

Dövlət Dumasının deputatı Adam Delimxanov “xüsusi əməliyyat” zonasına qayıdıb.
ASmedia.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Rusiya Qəhrəmanı, Dövlət Dumasının deputatı Adam Delimxanov Çeçenistan Respublikasından olan hərbi birləşmələrin rəhbəri olaraq Ukrayna və “dxr” ərazisindəki “xüsusi hərbi əməliyyat”lara qoşulub”, - Kadırov bildirib.
Kadırov rusiyalıları səbirli olmağa və ön xətdəki döyüşçülərdən yaxşı xəbərlər gözləməyə çağırıb.


İstifadəçi paneli