Oxşar xəbərlər
Tailandın şimal-şərqində uşaq inkişaf mərkəzinə silahlı hücum nəticəsində azı 38 nəfər həlak olub.
ASmedia.az xəbər verir ki, bu barədə Tailand mediası məlumat yayıb.
“Ölənlərin 22-si uşaqdır. Hadisəni törədən şəxs qaçmağa nail olub. Onun dövlət qulluğundan qovulmasından narazı qalan keçmiş polis əməkdaşı olduğu üzə çıxıb. Hüquq-mühafizə orqanları atəş açan şəxsin axtarışı üçün tədbirlər görür”, - məlumatda deyilir.
Onlardan 22-si uşaq - 19-u oğlan və 3-ü qızdır. 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilib ki, hadisə yerindən qaçan polis serjantı evinə gedərək, arvadını və uşağını da güllələyib, sonra isə intihar edib.
Tailandda baş vermiş atışma nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.