ABŞ “Vaqner”i terror təşkilatı kimi tanıyır

2-12-2022, 09:38

ABŞ senatorları Dövlət Departamentinin “Vaqner” özəl hərbi şirkətinin xarici terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsi təqdim ediblər.
Bu barədə senator Rocer Uikerin rəsmi saytında məlumat verilib.
Məlumata görə, layihə Nümayəndələr Palatasında müzakirə olunacaq.
“ABŞ senatorları Rocer Uiker və Ben Kardin bu gün Dövlət Departamentinin “Vaqner” özəl hərbi şirkətini xarici terror təşkilatı kimi tanımasını tələb edən “Rus muzdlularının məsuliyyətə cəlb olunması haqqında” qanun layihəsini təqdim etdilər”, - məlumatda qeyd olunub.


İstifadəçi paneli