Rusiya sərhədçiləri İrandan Ermənistana narkotik və silah daşınmasının qarşısını alıblar - FOTO

22-05-2023, 12:00

Ermənistanın hüquq-mühafizə orqanları İrandan ölkəyə narkotik vasitələrin, o cümlədən silah-sursatın gətirilməsi cəhdini müəyyən edərək onun qarşısını alıblar.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Əməliyyatçılar müəyyən ediblər ki, Ermənistan vətəndaşı R.P. mayın əvvəlində şəxsiyyəti hələlik müəyyən edilməmiş İran vətəndaşı ilə əlbir olaraq narkotik vasitələrin və silah-sursatın qanunsuz idxalının təşkilinə cəhd ediblər.

Onlar Kacaran şəhərinin iki sakini - M.P. və A.K.-nı cinayət sövdələşməsinə cəlb ediblər. Həmin şəxslər Mehri gömrüyündə qadağan olunmuş yükü qarşılamalı idilər.

Lakin Mehri yaxınlığında onların hər üçünü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin əməkdaşları saxlayıblar.

Baxış zamanı onlardan 10 kq heroin, metamfetamin və marixuana, 2 ədəd döyüş tapançası və 20 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


İstifadəçi paneli