Oxşar xəbərlər
Mayın 20-dən etibarən Türkiyənin xarici ölkələrin nümayəndəliklərində və gömrük-keçid məntəqələrində 28 mayda keçiriləcək prezident seçkiləri üçün səsvermə prosedurları davam edir.
Türkiyə Mərkəzi Seçki Komissiyasından əldə edilən məlumata görə, 1 099 841 nəfər Türkiyə vətəndaşı xarici nümayəndəliklərdə, 54 001 nəfəri isə gömrük-keçid məntəqələrində səs verib. Səs verən seçicilərin ümumi sayı 1 153 842 nəfər olub.
Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, gömrük-keçid məntəqələrində isə mayın 28-i saat 17:00-dək davam edəcək.
Xatırladaq ki, ilk turda namizədlərdən heç biri müəyyən edilən səsi toplamayıb və seçkinin ikinci turu mayın 28-də keçiriləcək.
Mənbə: Anadolu