Oxşar xəbərlər
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Üçüncü Dünya Müharibəsinin yaxınlaşmasını proqnozlaşdırır.
Asmedia.az xəbər verir ki, o , bu barədə NATO-nun Vilnüs sammitinin ilkin nəticələrini şərh edərkən deyib.
“Kiyev rejiminə hərbi yardım artırılır. Onlar mümkün olan hər şeylə kömək edirlər: raketlər, təyyarələr və s. Çılğın Qərb ağlına başqa heç nə gətirə bilmir. Ən yüksək səviyyədə axmaqlıq səviyyəsi göstərilir. Əslində, bu, çıxılmaz bir nöqtədir. Üçüncü Dünya müharibəsi getdikcə yaxınlaşır”, - o bildirib.
Onun fikrincə, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması heç vaxt baş tutmayacaq.