Oxşar xəbərlər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
ASMedia Rusiya XİN-ə istinadən xəbər verir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas istiqamətləri üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.
Əlavə təmaslar barədə razılığa gəliblər.