İsrail Prezidenti: Girovları geri qaytarmağın yeganə yolu HƏMAS-ın liderindən xilas olmaqdır

26-03-2024, 16:31

HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvarın tutulması və ya öldürülməsi girovların azad edilməsində həlledici amildir.

As Media xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq deyib.

"Başqa seçim yoxdur, döyüşməyə davam etməliyik, Sinvarı ölü və ya diri gətirməliyik ki, girovların evə gətirildiyini görə bilək. Bu, reallıqdır və dünya diqqətə almalıdır ki, hər şey Sinvarla başlayır və bitir", - o bildirib.


İstifadəçi paneli