Oxşar xəbərlər
Rusiyada baş verən terror aktını hər kəs gördü. Rusiyada olanları hər gün Türkiyədə törətmək istəyənlər var.
As Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkir şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə terrorçulara, o cümlədən PKK terror təşkilatına qarşı uğurla mübarizə aparır: “Ölkə daxilində PKK-nın mövcudluğu çox azalıb. Buna baxmayaraq, bəzi güclər hələ də ölkəmizə qarşı terrorçulardan istifadə etməyə çalışırlar. Biz buna icazə verə bilmərik”.