AFƏT FƏRMANQIZI DEPUTAT OLACAQ! “QANUN” MAHNISI ÇALINACAQ...

2-02-2020, 00:40

  İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub...
  İmadəddin Nəsiminin 650 illik yubileyinə Afət Fərmanqızının verdiyi töhfə digərlərindən öndədir. Xalqın yaddaşında mənəm-mənəmliyinə görə dərisi soyulmuş Nəsimi, son illərdə Afətin, koloritliyi – unison mövqeyilə həm də könül rahatlığı gətirdi. Buna görə də Afəti tənqid deyil, şöhrət ordeni vermək lazımdır ki, insanları dərisi soyularkən belə rəqs etməyə sövq etdirə bilib. Millət olaraq biz öz tarixi keçmişimizi, müqəddəs məfhumlar haqqında düşündüklərimizi mahnılarda, rəqslərdə ifadə etməkdən başqa aciz və gücsüzük. “İrəvanda xal qalmadı”, “Qarabağ şikəstəsi”, “Şuşanın dağları”, “Boz at”, “Azərbaycan oğluyam”, “İgid əsgər” və s. kimi yüzlərlə mahnılar qürursuz, məğlub keçmişimizin silinməz tarixidir. Ona görə də, ölkəmizdə bütün sahələr üzrə danışılan analoqsuz yalanlar tiranın, konsentrik dairələrin və onlara satellitlik edənlərin sabaha hesablanmış talanlarının müvəqqəti qarantıdır. Unutmayaq ki, toprağına sahib çıxa bilməyən Millət, əlinə, dilinə, belinə sahib çıxa bilməz. Bir ölkədə ki, qanunlar satılır, alver predmetidir, o millətin heç nəyi yoxdur.
  Gözlərimiz qarşısında Millətin bütün mənəvi dəyərləri kitayski satıldığı halda, Afətin Nəsimiyə hindiski urvat gətirməsində heç bir qəbahət yoxdur. Əksinə, bəraət vardır. 
  Qaldı ki, Flora Kərimovanın Nəsimi təəsübkeşliyinə, yaxşı olardı ki, Flora Kərimova özünün də məhbus və təmsil olunduğu müxalifət cameəsindəki dönüklərin, dönməzlik simvolu M. Ə. Rəsulzadəyə etdikləri ataloqsuz xəyanətdən, satqınçılıqlardan narahat olub, etiraf etsin, medallı şenok müxalifətini silib atsın. Azərbaycanda ifadə, fikir, söz azadlığı məhv edilsə də, soor-biznesi inkişaf etməsə də, ölkəni toyxanaya çevirə bilmişdir. Sözsüz ki, bığı-başı hənalı mütriflərin bu sırada əməyi danılmazdır. Ölkədə deputatxanayla toyxanaları müqayisə etsək görərik ki, böyük hesabla toyxanadakı mikrofonlar apofeoza daha çox layiqdir. Deməli, toyxanadakı müğənnilərin istedadı da daha çoxdur. Savadlı, intellektual şəxsiyyətlər mövcud rejim özünə dissident hesab etdiyindən toyxana müğənnilərini deputatxanaya təyin etmək məqsədə uyğundur. Hər kəs bilir ki, deputatxanada “Qanun” adlı mahnı oxunsa əksəriyyət qalxıb rəqs edəcək. Obyektiv, subyektiv səbəbləri, ümumi spesifikanı nəzərə alıb özünü buraxmış deputatların yerinə müğənniləri gətirlsələr, məclis anşlaq və cəlbedici görsənər. Hətta AzTv-yə baxış sayı da çoxalar.
   Mədəniyyət, incəsənət, populyarlıq kontekstində Afət Fərmanqızına dəstək vermək, arxa durmaq hər bir şəxsi Bəxtiyar edər. sonda  Afət Fərmanqızına qısa bir xatırlatma edirəm ki, küçə süpürən, toyuq-cücə saxlayan, övladı üçün uda çevrilən, evdar qadınlarımızın şərəfi, şöhrəti, ləyaqəti mavi ekranlardan mavilərin və çəhrayıların təqdim etdiyi “qadın” statuslu məşhurlardan müqayisə olunmaz dərəcədə ucadırlar. Eyni zamanda heç bir şərəf və ləyaqət məhkəmədə geri qaytarıla bilməz. Özün düşün! Qanun, insan, vicdan, mülkiyyət, ailə alverçisi olan hay-kimilər bu günə kimi hansı ləyaqətsizin abırsızın şərəfini qüaytara bilib? Məhkəmələrin abırsızlığı, şərəfsizliyi ucbatından Millətimizin minlərlə ləyaqətli oğlu-qızı mühacirətdə və ya həbsdədir. Ən yaxşı hakim sənin vicdanındır. Müzakirə olunursansa, paxıllıq edənin varsa, deməli onlardan öndəsən. Növbəti elə bir şedevr mahnını ərsəyə gətir ki, onu Xalqsız artistlər deyil, əsl ulduzlar müzakirə etsinlər. Sevənlərin Bəxtiyar olsun!                                                                                                                                      
Ceyla


İstifadəçi paneli