Britaniya səfirindən 20 Yanvar haqqında...

20-01-2020, 10:28

Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. 
 Bu barədə Asmedia.az xəbər verir ki, səfir Azərbaycan xalqının artıq 30 ildir Qanlı Yanvar şəhidlərinin xatirəsini ehtiramla andığını deyib. 
 Səfir  bildirib ki, Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynayıblar. 
“Böyük Britaniya hökuməti və öz adımdan Azərbaycan xalqına və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığımı çatdırıram. Bu faciədə həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq”, - deyə səfir bildirib. 


İstifadəçi paneli