Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis təyin olunub

23-01-2020, 20:59

Daxili işlər orqanlarında yeni təyinat olub. 
Asmedia.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 
Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatna əsasən.


İstifadəçi paneli