Axtarışda olan şəxs deputatlığa namizəddi...

27-01-2020, 08:05

 Almaniya vətəndaşı Fazelian Monira qarşı silsilə cinayətlər törətdiyinə görə Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində 17.12.2012-ci il tarixdə 308.1, 313, 213.2.2, 179.3.2 maddələri üzrə  Cahandar İsmayılov da daxil olmaqla bir qrup şəxsə cinayət işi açılmışdır. Hazırda cənab Cahandar İsmayılov 22 saylı Nəsimi seçki ərazisindən deputatlığa namizədliyini irəli sürmüşdür. Həmin şəxs Almaniya vətəndaşı Monira xanımın külli miqdarda pulunun, avadanlıqlarının, biznesinin mənimlənilməsi, hazırda başçılıq etdiyi biznes üzrə vergidən yayınması və s. kimi cinayətlər törətmiş, faktla bağlı Monira xanımın dəfələrlə hüquq-mühafizə orqanlarına etdiyi müraciətlərinə cavab olaraq bildirilmişdir ki, Cahandar İsmayılov xtarışdadır, onu tapa bilmirik və s. 
Buyurun, cənab hüquq-mühafizə orqanlarının başçıları, tapa bilmədiyiniz şəxs –  Cahandar İsmayılov hal-hazırda deputatlığa namizəddir!


İstifadəçi paneli