Deputatlığa namizədliyini geri götürənlərin sayı aaçıqlanıb

2-02-2020, 09:46

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
"Asmedia.az" Mərkəzi Seçki Komissiyasının (MSK)  verdiyi məlumata istinadən xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 313 nəfəri deputatlığa namizədliyini geri götürüb.
Başqa sözlə, fevralın 1-də Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 1 nəfər namizədliyini geri götürüb. 
Hazırda deputatlığa namizədlərin sayı 1324 nəfərdir.


İstifadəçi paneli