PREZİDENT İLHAM ƏLİYEVƏ BUMERANQ YAŞADANLAR... Dövlətin və dövlət başçısının adından istifadə edərək... İmkan varsa, vicdanlı, səmimi insan olun! Proseslərə real yanaşın! Əsl insanın vicdanlı, səmimi olması vacibdir və mütləqdir! Bu ölkədə bir nəfər Adəm övladı deyə bilərmi ki, (könlünü və ruhunu istisna olmaqla) ona qarşı yaradılmış süni problemlərdən qurtulmaqdan ötrü rüşvət ödəmədən, şərəf və ləyaqəti alçaldılmadan hüquq-mühafizə orqanı adlı orqanların caynağından qurtula bilsin. Əsla yox! Ötən həftə xalqın adamı, vicdanlı, cəsur ideal jurnalist Nazim Qyliyevə qarşı hökumət adından növbəti xəyanət və riyakarlıq edildi. Bakı şəhər Nizami rayon məhkəməsi (hakim Rauf Əhmədov) 1 saylı CÇM-in və Ədliyyə Nazirliyi yanında təşkil edilmiş komissiyanın müsbət təqdimatına baxmayaraq, ona mənfi münasibət sərgiləyərək, Nazim İdealın azadlıq haqqını səbəbsiz olaraq tanımadı, iddianı təmin etmədi.Hər kəs bilir ki, Nazim Quliyev sifarişlə, marginal orqanların icraçılığı ilə şikayətçi olmadan falçılıq (ehtimal və mülahizələrlə) fəlsəfəsi üzrə azadıqdan girov götürülüb. Cəzasının sonuna 9 ay qalsa da, sifarişə və rüşvətə birdəfəlik hamilə qalan konsentrik dairələr Qarabağ Qazisinin azadlıq haqqına səbəbsiz veto qoydu. Apardığımız araşdırma zamanı məlum oldu ki, son illər azadlığa buraxılan şəxslərin böyük əksəriyyəti cəmiyyətə və ailələrinə yarasız olsalar da, rüşvət hesabına azadlıqdalarını satın almışlar. Prezident Administrasiyasından mənbəmizin bildirdiyinə görə Nazim Quliyevə qarşı hökumətin bu cür düşmənçilik etməsinin bir neçə səbəbi var: 1. İctimai-siyasi sferada öz adını, əqidəsini, şərəf və ləyaqətini büsbütün qoruması 2. Duet ortalığına çevrilmiş hökumət və müxalifət camiəsindəkilər barədə müfəssəl məlumata malik olması 3. Təhdid və təzyiqlərə baxmayaraq əfvə müraciət etməməsi 4. Məkanından asılı olmayaraq, təkcə özünü deyil, hüquqları hər an tapdağa çevrilən yüzlərlə hüquqsuz vətəndaşa arxa-dayaq olub, hüquqlarının bərqərar etməsi bildirilir. Cəmiyyətdə bu qədər başıaşağı, üzüyola, könüllərini, ruhlarını satmış ictimai-siyasi fəal mediyası, dizertir dub-tat naxırı varkən, bir nəfərin nümunə olması atılmış-satılmışları əndişələndirməməlidi. Nazim Quliyev Qarabağ Qazisidir, günahsızdır və onun günahsız olmasını üzünə şərləmək üçün istifadə edilmiş şərin dişiləri operal qaydada, istintaqı aparılmış Baş prokuror yanında korrupsiya Baş idarəsi rəsmi etiraf və ratifikasiya etdirmişlər. Nazim Quliyevə qarşı edilən bu cür haqsızlıqlar və şərəfsizliklər eyni zamanda dövlətçilik ideallarına, Prezident İlham Əliyev siyasətinə qarşı yönəldilmiş bumeranqdır. Qarabağı işğaldan azad etməyi prioritet hesab edən rejim arxa cəbhədə Qarabağ Qazisinin azadlıq haqqını işğal etməsi, ədalətsizlikdir. Səid Türkel