NAZİM QULİYEV:
Az da olsa, qeyrətiniz qalıbsa, məni öldürün. ..“...əsas qanun hesab etdiyiniz Konstitusiyaya Ana Qanun deyib onunla layiqsiz davranmayın, hörmətsiz istifadə etməyin. Mənə görə heç kimi incitməyin. ...Az da olsa, qeyrətiniz, namusunuz qalıbsa, məni öldürün...!
Məğlub və qürursuz, yalançı və talançı, repressiv, rüşvətxor korrupsioner bir ölkədə 100 il yaşamaqdansa, torpaq altında olmaq daha şərəflidir. Azərbaycan adını, Qanunlarını, Dövlətçililk ideallarını, Dəyərlərini tanıyın! İşğal altındakı 55000 km2 torpaqlarımız, girovluqda cinsi istismarın alətinə çevrilmiş 1700 qız-gəlinlərin fəryadı, ah-naləsi güclü dövlətin, qüdrətli ordunun yolunu gözlərkən siz arxa cəbhədə dizertirlərin döşünə əməkdar stiqması basırsınız.
Dövlətin və dövlət başçısının adından istifadə edərək....!
Siyasi sifarişlə, ehtimal və mülahizələrlə xüsusi rejimli həbsxananın kamerasında 11 ildir ki, məni girov saxlamaqdan isterikadan başıma silah dayamaqdan doymursuz. Üstəlik azyaşlı övladlarımı qətlə yetirəcəyinizlə hədələyirsiz...
Dezertirlərə, cib müxalifətinə, onların satellitlərinə güvənən qürursuz məğlub rejimin analoqsuz sifətlərinə baxmayaraq, bu millətin torpağını, namusunu, sərvətini, qanunlarını, dəyərlərini satıb qurtarmağa tələsən anti-milli işlərə qulluq edən, çörəkləri yaltaq-yalaqlıqdan çıxan, könüllərini və ruhlarını satmışlar məkanından asılı olmayaraq qarşılarında məni görəcək. Şəhidlərimizin qanını, işğal altındakı 12 rayonu azad etmək sizin potensialınız, arsenalınız üçün deyil. Dövlətlə bacarmaq üçün gərək dövlət olasan, qanun, qadın, neft alverçisi yox...”
16.04.2016-cı il tarixində Nazim Quliyevin saxlanıldığı 8 saylı konslagerdə ona qarşı olunan silahlı basqın zamanı YAP hökumətinə etdiyi müracitədən bir parça.
Səid Türkel