ŞOK! ŞOK! ŞOK! MƏHKƏMƏ, YOXSA MƏZHƏKƏ???!!!

2-01-2020, 00:18

MƏHKƏMƏ, YOXSA MƏZHƏKƏ???!!!
06.02.2020-ci il tarixdə Nizami Rayon Məhkəməsi tərəfindən (Hakim Əhmədov Rauf Tağı oğlu) 1 saylı CÇM-də cəza çəkən Quliyev Nazim Telman oğlunun işinə baxılmışdır.
13.01.2020-ci ildə Ədliyyə Nazirliyi yanında təşkil edilmiş, Ədliyyə general-mayoru Orxan Qasımovun sədrlik etdiyi 8 nəfər komissiya üzvü yekdillikdə təsdiq etmiş rəyi, həmçinin 1 saylı CÇM-in rəhbərliyinin Quliyev Nazim barədə təqdim etdiyi müsbət rəyi nəzərə alınmamış və Nizami Rayon Məhkəməsi 09.12.2016-cı il tarixli 4 il azadlıqdan məhrum etmə hökmünün yerdə qalan 10 ayını cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə təmin edilməmişdir. Məhkum ona təyin edilmiş cəzanın dörddə üç hissəsindən çoxunu çəkmişdir. Artıq 9 ay cəzası qalmışdır.

Nizami Rayon Məhkəməsinin qərarından bəzi hissələrini diqqətinizə çatdırırıq:
“Quliyev Nazim 1 saylı CÇM-ə 06.07.2019-cu il tarixində Həbsxanadan daxil olmuşdur. O, 4 saylı dəstədə qeydiyyata alınmışdır, yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmişdir. Məhkuma hüquq və vəzifələri, daxili intizam qaydaları, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. İslah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuşdur. Onun bu tədbirlərdə iştirakı qənaətbəxş olmuşdur. Müəssisəyə gəldiyi ilk vaxtlardan özünü müsbət xarakterizə olunan məhkum kimi tanıtmışdır. Əməkdaşlarla münasibətdə etik davranış qaydalarına riayət edir. Şəxsi gigiyenasını qoruyur. Əməyə və təhsilə olan münasibəti müsbətdir. Onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticə çıxarır. Müəssisənin ictimai həyatında fəal iştirak edir və digər məhkumların da bu işlərə cəlb olunmasında müəssisə əməkdaşlarına yaxından köməklik göstərir. Məhkum müəssisədə cəza çəkdiyi dövrlərdə barəsində tənbeh və həvəsləndirmə tədbirləri tətbiq edilməmişdir. Məhkum xasiyyətcə mülayimdir. Törətmiş olduğu cinayət əməlindən peşimançılıq hissi keçirdiyini bildirir. Ailə üzvləri ilə görüş, telefon və məktub vasitəsilə əlaqə saxlayır. Komissiya məhkum Quliyev Nazim Telman oğlu barəsində müsbət rəy vermişdir. Məhkum islah yoluna qədəm qoymuşdur. Buna görə də cəzaçəkmə müəssisəsiinin rəhbərliyi məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəuyğun saymışdır.”

Bunlarla yanaşı hakimin qərarda yazdıqlarını təqdim edirik:
“Məhkum yalnız cəzasının sonuna yaxın davranışını və əməyə münasibətini dəyişməsi ilə deyil, islah edilmə prosesi üçün əhəmiyyət kəsb edən bütün digər məsələlər üzrə də müsbət göstəricilər əldə etmədiyi halda, N.T. Quliyevin timsalında həqiqətən də Azərbaycan Respublikası CM-nin 41.2.maddəsinin təsbit etdiyi cəzanın məqsədlərinə nail olunması şübhə doğurur”.....

Bəs cəza çəkdiyi müəssisənin, həmçinin 8 nəfərdən ibarət komissiyanın yekdilliklə qəbul etdiyi rəy nə əsasla verilmişdir? Görəsən cənab Əhmədovda bu şübhələr haradan yaranmışdır???
Ardınca, qərarda yazılıb:

“Məhkəmə hesab edir ki, məhkum islah olunmasını sadəcə olaraq ona tənbeh tədbirlərinin tətbiq edilməməsi ilə deyil, həm də ictimai-faydalı əməklə məşğul olmağa can atması, təhsil səviyyəsinin artırılması arzusunda olması ilə sübut etməlidir”....

Cənab Əhmədov, 1 saylı CÇM-ə keçirildiyi vaxtdan və ondan öncəki dövrdə məhkum Quliyevə tənbeh tədbirlərinin tətbiq edilməməsi, əməyə can atması Sizə nəsə demirmi? Başqa necə sübut olunmalıdır görəsən??? Həmçinin 2 Ali təhsili olan, daima qiraətlə məşğul olan şəxs təhsil səviyyəsini həbsxana şəraitində daha necə artırmalıdır???
Belə absurd yazılar, hakimin bir qədər səriştəsizliyini göstərmirmi??? 
Topladığımız məlumatlara əsasən, Nazim Quliyev barəsində yüzlərlə məhkum ailələri və məhkumların özləri tərəfindən Nazim Quliyevin ünvanına göndərilən məktublardan görünür ki, o həbsxanada olsa da belə, Xalq ümid-kömək ünvanı olaraq yalnız onu seçir. Hakimin savadsızlığından fərqli olaraq de-fakto, de-yure Nazimn Quliyev barəsində 25 tomluq 6953 saylı şəxsi işdən görünür ki, o həbsxanada ola-ola məhkəmədə məhz vəkilsiz 54 qətnaməni qalibiyyətlə başa vurmuşdur. Baxmayaraq ki, əks tərəf – generallar, baron və baronessalar olmuşdur. Görünür, hakim Rauf Tağıoğlu qanunlarla dərindən tanış deyil, onları oxuyubsa, başa düşməyib, başa düşübsə də düz başa düşməyib. Hazırda həbsxana həyatı yaşayan 30 min məhkum arasında azadlığa layiq olası 100 nəfər şəxs varsa?? birincisi və birincisi elə Nazim Quliyevdir. Bütün dünyadan Qarabağa ədalət istəyən bir ölkənin vətəndaşları olaraq, məhz Qarabağ Qazisinə qarşı diskriminativ münasibət sərgilənəmək doğurdan da dəhşətdir. 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dəfələrlə canlı yayımda ifadə edib ki, Qarabağ müharibə veteranlarına xüsusi hörmət qoyulmalı, bütün problemləri həll olunmalıdır. Görünür erməni dəyirmanına su daşıyan, xisləti rüşvətxorluqla yoğrulmuş nəmur naxırı cənab Prezident İlham Əliyevi də vecə almırlar.
Qərardan Apellyasiya şikayəti verilmişdir.
Mövzu diqqətimizdədir.....  

Suhel Türkay


 









İstifadəçi paneli