SÖZÜN ŞAHI AZƏRBAYCANIN QÜRURU ZİNDANDADIR!

15-03-2020, 00:49

Ümidlərini hər şeydən üzmüş, ömürlük azadlıqdan məhrum edilmiş günahsız insanların sözləri ilə ifadə etsək: Nazim Quliyev repressiv rejimin həbsxanalarında, karserində, peketesində işgəncə mişarı ilə üz-üzə qalarkən belə susmayan, əyilməyən, ucalan səsi, cəsur ürəyi, comərd, gürurlu insan, məzlumların ümid-dayağı, zalımların qənimi...

Məhbus Əlizadə Anar İqor oğlu Asmedia.az-a müraciət  edərək  vicdan məhbusu, Qarabağ Qazisi Nazim Quliyev haqqında məqaləni əziz oxucularımızın diqqətinə çatdırmağı  rica  etmis, məqaləni  sizlərə catdrmaqdan qürur duyuruq.

Kriminal, korrupsioner, yalançı və talançı rejim bir daha öz məkrli, mənfur əməlləri ilə Nazim Quliyevdən qorxduğunu sübut etdi. Ədliyyə Nazirliyi yanında yaradılmış yeddi nəfərlik komissiya üzvlərinin, komissiyanın sədri general Orxan Qasımovun,  girov saxlanıldığı 1 saylı CÇM-nin müsbət, təqdirəlayiq azadlığa buraxılması barədə verilmiş təqdimata, dövlət içərisində öz dövlətini qurmuş sifarişçi köstəbək veto qoydu. Bir daha hər kəsə anlatdı ki, qullar və pullar diyarı Azərbaycanda quldur şahdır, qanun nökər. 

Nazim Quliyevdən sutenyor rejim qorxduğu və utanmadan abırsızcasına istifadə limitləri bitmiş bədən alverçiləri arxalarına-arxa olmaqla ənənəvi şərləmələri; ilk dəfə həbs olunmağına baxmayaraq xüsusi rejimli konslagerin xarabazarında internetdən istifadə etmək absurd ittihamı ilə ARCM-nin 148-ci (ifadə və söz azadlığı) altı ay (06 ay) müddətinə azadlıqdan məhrum edilməsi; həbsxana divarları arasında dörd dəfə sui-qəsd planının yarımçıq icra edilməsi; paqonlu quldurların bağlı kamerada üzərinə silahlı hücum etmələri tendensiyası tarixin yaddaşına yazılmaqdadır. Bütün bunlara baxmayaraq, sutenyor rejimin indiki qədər rəzil, mağmın, bambılı vəziyyətə düşdüyünü görməmişdik. Bu ölkənin bütün dəyərlərini dövlətçilik ideallarını, hüquq siyasətini siyasi sifarişə, rüşvətə hamilə qaldığını açıq şəkildə 06 fevral 2020-ci ildə bir daha peysərinə stiqmaladı.

Nazim Quliyevə verilmiş 14,5 illik sürgünlükdən yerdə qalmış 9 ayını azadlığa buraxılmasına razı olmayan sutenyor rejim, on nəfərin qətlində ittiham olunan Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış idarəsinin rəisi Zakir Nəsirovun, polkovnik Kamil Sədrəddinov, polkovnik Hacı Məmmədov; vətən xainləri ittihamı ilə həbsə aldığı Leyla və Arif Yunusları; Rauf Mirqədirov; Xalq Artisti Arif Quliyevin gəlini Pərvanə Əfəndiyevadan istifadə etməklə zorlama fəlsəfəsi üzrə şərlədiyi Nadir Səfilovu (Lotu Quli); mavi ekranda mavilərin xəbər saatında canfəşanlıq etdiyi narkobaronları, qanqsterləri; onlarla müxtəlif bəhanələrlə həbsə atdığı, lakin Avropanın bir baxışına azad etdiyi jurnalist blogerlərin və s. göstərişlə, rüşvətlə azad etdiyi hər kəsə bəllidir. Sözsüz ki, cinayətkarların vadisi Azərbaycanda Nazim Quliyevin ən böyük günahsızlığıdır. Nazim Quliyevə verilmiş cəza paralel olaraq qələmə, azad sözə, qanunlara, vicdana, ləyaqətə verilən cəzadır.

Nazim Quliyev bu ölkədə yeganə siyasətçidir ki, məkanından asılı olmayaraq hər yerdə heç bir hədd gözləmədən ləyaqətlə sözünü deməyi bacarır. Arxasız, dövlətsiz, qanunsuz, hüquqsuz insanlara-insan olaraq dayaq durur, köməklik göstərir. Onun kimi ola bilməyən, ola bilmək cəsarətində ola bilməyən, adını müxalifət, dissident, bloger qoyub yalançı heçkimlər də Nazim Quliyev böyüklüyü qarşısında aciz olduqlarını öz əməlləri və yazıları ilə etiraf etdiklərinin şahidi olmuşuq. 

Nazim Quliyev sözün Şahıdır! 20 il bundan əvvə onun yazdığı faktlara görə cəza aparatının sifarişi, marginal orqanların təqib-təzyiq məhrumiyyətlərlə üz-üzə qoyan sutenyor rejim hələ indi başa düşmək istəyir və həmin arxalıq etdiyi özləri kimi şəxsiyyətsiz rüşvətxorlar barəsində cinayət işi açıb beynəlxalq axtarışa verirlər.
Əlbəttə ki, Nazim Quliyev istəyir ki, bu ölkə korrupsionerlərin, kriminalların deyil, xalqın güvənəcəyi hüquqi-demokratik Dövlət olsun! Nazim Quliyev istəyir ki, 30 ildir ki, güclü dövlətin, qüdrətli ordunun yolunu gözləyən, dünyanın hər bir yanında cinsi istismarın alətlərinə çevrilmiş qız-gəlinlər, cənnəti-məkan Zəngəzur, Qarabağ, Göyçə, qanunlarımız, hüquqlarımız, qürurumuz, faşizmin, korrupsiyanın, rüşvətxorluğun işğalından azad olunsun!!!

Nazim Quliyev istəyir ki, Azərbaycanda ifadə və söz azadlığı, insan və vətəndaş hüquq və əsas azadlıqlarının prinsipləri yalançı və talançı debillərdən xilas olub, bərqərar olsun!
Nazim Quliyev istəyir ki, dövlət idarəçiliyini, məhkəmə hakimiyyətini, qanunverici orqanları, nəfslərini orqanlara fəda etmiş, başları mədələşmiş zombilərin nepotizm barbarlarından xilas edək, xalqa xidmət edəcək xalqın içindən çıxmış vələdüzna deyil, təmiz Türk qanlı, vicdanlı, savadlı insanların ixtiyarına verilsin!

Nazim Quliyevin istədiklərini biz də istəyirik!
Ki, millətimizin tarixini şərəfsizliklərlə zənginləşdirmiş, vətənimizi satan, verən, paylayan güllərin sələflərindən xilas edib, böyük, şərəfli – Bir Millət, Bir Dövlət – Böyük Türkiyənin bir parçasına çevrilək!!!
Qarabağ, Zəngəzur, Göyçə, Borçalı dövlətsizlik, satqınçılıq, xəyanət ucbatından Bakıya, Sumqayıta pənah gətirib. Bakı, Sumqayıt müalicə olunmaz yaratığa çevrilib. Haylar qohumlarına, cəsuslarına, mövcud rejimə bir dəfə də “huy” qışqırsa, Xəzərdən başqa boğulub batmağa ümidi qalmayacaq.
Torpaqlarımızı, şəhidlərimizi, Qazi Nazim Quliyevi azad edək!
Əlizadə Anar İqor oğlu


İstifadəçi paneli