ÖLƏNƏ KİMİ ACLIQ AKSİYASİ KEÇİRƏCƏM......

15-03-2020, 15:19

Azərbaycan Respublikasının prezidenti  cənab İlham Əliyevə...!
Surəti Azərbaycan Respublikasının birinci  vitse Prezidenti Mehriban xanım Əliyevaya...!
Surəti Azərbaycan Respublikasnın Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova...! 
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 1 Saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hüseynov Zaur Zahir oğlu Asmedia.az-a məktubla müraciət edərək, ona edilən haqsızlıqları bu məktub vastəsilə  çatdırılmasını rica edib!!!
 

                                                                     ŞİKAYƏT /Müraciət, Xahiş, Ərizə/
Cənab prezident İlham Əliyev!
Mən sizin çıxışınızı mavi ekranlardan və radio dalğalarından dinləyəndə hər dəfə Sizin çıxışınızın həqiqət olmasını arzulamışam.
Amma sizin danışdığınız ədalət, qanun və qanunçuluq sizin təyin etdiyiniz məmurlar və vəzifəli şəxslər tərəfindən mənimsənilir. Nəticə etibarı ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının dediyi sözlər yalan olduğu anlamına gəlir. Təsəvvür edin vətəndaş öz seçdiyi Prezidentinə 70 - dən çox şikayət məktubu ünvanlayır buna baxmayaraq  2 - il   6 - aydır ki, heç bir nəticəsi yoxdur. Sizin təyin etdiyiniz məmurlar bu ölkədə məhz sizin dediyiniz kimi yox sizin dediklərinizin əksinə çalışaraq Azərbaycanı və onun Prezidentini nüfuzdan salmağa çalışırlar.
Bu dediklərimin əyani sübutu vətəndaş yəni mən 39 - gün rəsmi qaydada ACLIQ aksiyası keçirərək hüquqlarımın bərpa edilməsini sizdən, Azərbaycan Respublikasının birinci  vitse Prezidenti Mehriban xanım Əliyevadan,
Azərbaycan Respublikasnın Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovdan 18.11.2019 - cu ildə yazdığım məktubla xahiş etsəm,  buna belə  məhəl qoyulmayıb.
Hörmətli Prezident mən sizin təyin etdiyiniz məmurun şəxsi villalarında işləyib alacağım olan pulumu istədikdə həmin məmur tərəfindən şərlənərək heç bir cinayət etmədən sifariş əsasında 13 - il 6 - ay cəza almışam.
   Mən bir Azərbaycanlı vətəndaşı kimi məhz sizin dediyiniz qanun və qanun qulluqçularının düzgün işləməsinə qəti şəkildə inanmıram. Azərbaycanda siz Prezidentin məmurlara qarşı yumuşaq münasibətiniz onların özbaşınalığına qətirib çıxardır. Azərbaycanda heç bir Qanun işləmir.
   Azərbaycanda baş prokurordan tutmuş Hakimlərə qədər sifariş əsasında işləyirlər. Əgər Qanun düzgün işləmiş olsaydı həbsdə mən yox Baş Prokuror Zakir Qaralov, onun müavini Məmişov Niyaz və Bakı Ağır cinayətlər məhkəməsinin hakimi Qəniyev Faiq olmalı idi.
 Çox hörmətli İlham Əliyev cənabları!
Mən Azərbaycan vətəndaşının başına vəzifəli şəxslərin nələr qətirdiyini bir Azərbaycan Prezidenti kimi sizə maraqlıdırsa Prezident aparatının 1 - əməkdaşını göndərib mənim dediklərimi çəkilişlə sizə çatdırsalar o, halda hər şeydən xəbərdar olacaqsınız.
Hörmətli İlham Əliyev!
Mən Hüseynov Zaur Zahir oğlu 15.09.2020 - ci ildən etibarən ölənə kimi ACLIQ aksiyası keçirərək sizdən Qanunun bərqərar edilməsi ümidi ilə gözləyəcəm. Əgər buna da məhəl qoyulmasa, bu aclıq aksiyasında ölərəmsə ölümümə birbaşa Azərbaycan hökuməti və bu hökumətin başçısı məhz siz İlham Əliyev səbəb olacaqsınız.
Məhbusların böyük əksəriyyəti mənim bu məktubu göndərəcəyim ərəfədə bu hökumətin tez bir vaxtda məni öldürtdürəcəyini fikirləşirlər, düzgünlüyü, qanunu Azərbaycanda axtarma deyirlər. Bütün bu deyilənlərə məhəl qoymadan son ümüdüm ilə ölümümü göz önünə alaraq sizə yazmağı qərara aldım və yazdım.
   Ümid edirəm ki, sizin dediyiniz haqq ədalət bərqərar olacaq.
   Hüseynov Zaur Zahir oğlu 
   04.03.2020


İstifadəçi paneli