Bakı metrosunda gündəlik sərnişin axını 150 minədək azalıb

14-03-2020, 19:03

Koronavirus təhlükəsinə görə ölkədə martın 1-dən etibarən  təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması  ilə bağlı “Bakı Metropoliteni” QSC-nin stansiyalarında sərnişin sıxlığı nəzərəçarpacaq dərəcədə azalıb”.
Bu barədə qurumun Hərəkət xidmətinin rəisi Etibar İsayev “AVTO FM” radiosunun efirində bildirib.
O vurğulayıb ki,  metroda sərnişin sıxlığının azalmasını məhz təhsil müəssisələrinin  fəaliyyətinin müvəqqəti  dayandırılması ilə əlaqələndirmək olmaz: “Belə ki, mövcud problemlə əlaqədar olaraq əhalinin bir qismi şəhərə çıxmamağa çalışır. Hazırda metroda gün ərzində 100-150 minədək sərnişin azalması müşahidə edilir”.  
Xatırladaq ki,  Nazirlər Kabinetinin Sərəncamına əsasən,  koronavirusun yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.
Qeyd edək ki, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. 


İstifadəçi paneli