Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artır.

9-04-2020, 21:10

Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusa yoluxanların sayı 3-ə çatıb.  

ASMEDİA.AZ-ın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumatda bildirilir ki, Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı aprelin 7-də açıqlanıb. Virusa yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib, onunla kontaktda olmuş 17 nəfər özünütəcrid olunub. Analiz nəticəsində həmin şəxsin oğlunun həyat yoldaşında da koronavirus təsdiqlənib.


İstifadəçi paneli