Hacıqabul sakini dəm qazından zəhərlənib.

12-04-2020, 01:01

Hacıqabulda zəhərlənmə hadisəsi qeydə alınıb.
ASMEDİA.AZ-ın Mil-Muğan bürosunun məlumatına görə, Ə.Vahid küçəsi 50 ünvanında yaşayan şəhər sakini, 1995-ci il təvəllüdlü Allahyarov Ağacan Azər oğlu vanna otağında olarkən dəm qazından zəhərlənib. 
O, ağır vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli