Şirvanda gənci avtomobil vurub.

12-04-2020, 00:50

Şirvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ASMEDİA.AZ-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Natəvan küçəsində qeydə alınıb. 
“VAZ 21011” markalı avtomobil yolu keçən şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Ramil Ramiq oğlunu vurub. Nəticədə piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli