Diaspor fəallarımız virusa yoluxub, sayını açıqlamırıq - Sədr

16-04-2020, 18:34

Fransa, ABŞ, İsveç, Gürcüstan, Almaniya, Rusiya, Finlandiya, Rusiyadakı diaspor fəallarımız arasında virusa yoluxma faktı qeydə alınıb.
ASMEDİA.AZ xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
F.Muradov bildirib ki, etik qaydalar çərçivəsində onların sayı açıqlanmayacaq:
"Həmin xəstələr Azərbaycan Evlərinə yerləşdirilib. Oradan əldə etdiyimiz məlumata görə, vəziyyətləri yaxşıdır, müalicələri davam edir. Mütəmadi olaraq onlarla əlaqə saxlayır və vəziyyətləri ilə maraqlanırıq".


İstifadəçi paneli