QURBANLAR ƏFV İSTƏYİR

22-11-2019, 19:04

2012-ci ilin 20 oktyabrında MTN tərəfindən qanunsuz olaraq şərlənərək həbs edilmiş Məmmədov Əhliman Məhəmməd oğlu prezident cənab İlham Əliyevə müraciət etmişdir. 

    Asmedia.az
xəbər verir ki, Tərtər rayonunun Kəngərli kəndində 20 dekabr 1961-ci il tarixdə dünyaya gəlmiş Əhliman Məmmədov müraciətində bildirmişdir: “Ölkəmizdə dövlət quruculuğu, hüquq siyasətinin fəlsəfəsi təkcə biz vətəndaşlara deyil, bütün dünyaya məlumdur.

Məlum səbəblərdən də hüquqlarının bərqərar olması mümkünsüzlüyünü dərk edib, Sizdən törətdiyim cinayətin yerdə qalan 4 ilindən azad etməyinizi əfv etməyinizi xahiş edirəm. Özümə mənəvi borc bildiyim bir neçə şəhid ailəsinin, o cümlədən bacanağım Şəhid – İsmayılov Mənsur Yaşar oğlunun və itkin düşmüş İsmayılov Vasif Məzahir oğlunun Ailəsinin himayəçisi – qəyyumçusuyam”.


İstifadəçi paneli