DÖVLƏT OLAQ !!!

9-07-2020, 17:13

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
                                                     
Öldü!-Yoluxdu-Xəstələndi-Tutuldu-karantin uzadıldı,uzadılacaq!!!,nə bilim nə...
Əvvəllər cəhənnəm bekçəsi olaraq bu cür muştuluqlarla yalnız Könlünü-namusunu-partiyasını satmış medallı Şenok "media"sı məşğul olurdusa,hazırda bu cür çörək qazananların sayı artmaqdadır!!!
Başqasının,hətta düşmən hesab etdiyiniz subyeklərə belə pis gün arzulamaq acizlik əlamətidir!
Qaldı ki, Reytinqə,şan-şöhrətə görə bu cür məğlubiyyət addımlarının atılmasına? 
- Rəsmi yalançı tarixin əlvanlığından,onu söyləyənlərin "peşəkarlığından" asılı olmayaraq, dünyanın Şüurlu həyat yaşayan  İnsanları  bilir ki:
1.Azərbaycan  Pullar və Qullar diyarıdır!

2."Müxalifət" adlı fraksiyaların başçıları daha çox danışmaqla, onların danışmasına göstəriş vermişlərdən daha çox mənfəət əldə etmək məqsədi güdür...

3.İnsan və Qadın alverinin səviyyəsinə görə Türkiyədə,Dubayda,Pakistanda,Hindistanda..., sonaloqsuz məkanlar zəbt edildiyi kimi,
İnsan və Vətəndaş Hüquq və Əsas azadlıqlarının, Media azadlığının, Reytinq  Səviyyəsinə görədə, dünya dövlətləri arasında axırdan birinci yerdə liderlik etməsi utanverici "uğur"lardandı...

4.Torpaqlarının  28 yıllıq  işğalı  ilə barışmaq, çeşidli yalanlarla məğlubiyyət tariximiz üzərində  çörəkləri  yalandan-yaltaqlıqdan  çıxan növbətçi  hərşeyşünasların, Millətin ləyaqətli-vicdanlı-patriot kəsimi üzərində oynadıqları peşəkar simulyasiyanın  reytinqinə görə sözün tam mənasında liderdi...

5.COVİD-19-la mübarizədə Xalqa despot münasibət,Qanunların  şəxsi,qrup mənafelərinin qaydalarına uyğun realizəsi nəticəsində ölənlərin sayına görə liderliyini danmaq insafsızlıq olardı...
O yerdə ki, İnsan taleyi, Millətin müqəddaratı həll edilir, orada müvəqqətidə olsa, korporativ maraqlar,  şoumen aktivistlərin direktiv maraqları universal  ssenari üzrə dövriyyəyə buraxılmamalı idi...?!
Qohumundu, işverənindi,üzəduranındı,peşəkar QıF-dı, düz-qoş elə medallandı, Qanun-İnsan alverindən qazandığın çirkli pullardan tök qabağına yemlənsin....
Lakin,Xalqın taleyi üzərində alçaqlıq edib "yüksəlməsin"!!!
Məğlub Xalqımız indidə aclıq dərdini yaşamağa məhkum edilib...
Qonşu Gürcüstan,Qardaş Türkiyə də artıq həyat öz axarına başlamışdır!!!
Dünyanın heç yerində  dustaqlara qarşı belə aqressiv münasibət sərgilənmir...
Vətəndaş məmur,Vətəndaş-Hökumət münasibətləri  uçurum kənarına sürüklənməyib !!!
Məmurun-zopanın-zombi hozunun gücü deyil,yalnız və yalnız QANUN  ŞAH  olmalıdır.
Güvənə biləcəyi Dövləti-Qanunları olan MİLLƏT  heç vaxt uzunmüddətli məğlubiyyətlə qol-boyun gəzmir...
Obyektiv müqayisələrin sayını uzadıb qanınızı qaraltmaq istəmirəm...
Hər kəs Öz qəzəbini başqalarının düşdüyü pis vəziyyətlə müqayisələndirib,təsəlli tapmasın!
DÖVLƏT  OLAQ!!!


İstifadəçi paneli