TARİXİNİ ŞƏRƏFİNLƏ YAZ OĞLUM !!!
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Arsenalı Satılmışlar,atılmışlardan təşkil edilmiş sistem hər addımda burxulur,ağrıya dözməyib hətta diz üstə çöküb qıvrılırda...
Səbəbi Xalqın nifrətidir.
Səbəbi Xalqa sərgilənən despot münasibətdir.
Səbəbi səbəbsiz,əsassız Xalqa yaşadılan Zillət,Zindan həyatıdır.
Səbəbi elə bu gündə Ali Dövlət prioritetləri kateqoriyasına daxil olan,taleyüklü problemlərin,ləyaqət hissini itirmiş,çörəkləri QıF-dan çıxanlardan soruşmaq,ən ülvü həssas məsələləri belə həmin ağızlar vasitəsilə cəmiyyətə ifraz etdirmə tendensiyasıdır.
İdiotoloq ("ideoloq") hesab edirsə ki, Xalqın başın başı boş peşəkarlarla,bir şırtığa əsdirən şortu-biznes cəmdəklərin abırsızlıqları ilə qatır,yanılır...
Hər gördüyündə gördüklərini söyən Vətəndaş,paralel olaraq,ideologiyayada bu paydan ərməğan edir.
Vəlvələdən ya zəlzələdən bu gün Xalqın taleyi,ümumiyyətlə İnsan hüquqları,İnsanlıqdan məhrum başı boş hüdudsuzların düzənilə sürüdülməyə start verilsədə,"start" komandasında düzlənilənlərin hamısı ilk addımlığında ləhləyib üzüstə yeri qucaqladıqları göz önündədir!
Niyə bu qədər narazılıqlar fonunda hadisələri,problemləri doğru-dürüst anlayıb nəticə çıxarmaq iqtidarında olan birisi yoxdur ?
San ki, kənddə məhlə davası gedir.
O tay məhlə də Siyavuş,Elman,Fəzail,Şenok...
bu tayda Əli,Vəli,Pirvəli...
Düşünə bilirsinizmi bu tərəflərin heç biri, heç öz tərəflərindəkilərə lazım deyil,kimsədə onları söyülmək üçün sekstet yarışına çıxarmayıb.
İbnəlilər sayağı "Xalq təəsübkeşləri" statusunda bir-birilərini təhqir edirlər...
Hansı ki,çörəkləri söyülməkdən,yaltaqlıqdan,yalandan çıxanları hər kəs çox yaxşı tanıyır və autentik belə inanmır.
BAX!-yüzlərlə günahsız Vətəndaş Repressiyanın, Qanunsuzluğun,despotizmin,sifarişin qurbanıdır və səbəbsiz Zindan həyatı yaşadılır.
Xalq adından Simulisiv çıxışlar edən fraksiya nədən həmin vətəndaşlarında haqqını müdafiə edib ictimailəşdirmir?
Avropadakı-ABŞ-kı Bosslarına təqdim etmir ???
Və yaxud da Xalqın adından danışan Repressiv rejim niyə ancaq onu söyüb-saplayan muxaların təqdim etdiyi siyasi məhkum siyahısı qarşısında təzim edir, marenetka rolunda icra edir?
Siz kimsiz cənab heç kimlər???
İllərdir ki, palatka toylarının toybaşılığı rolunda performanslar göstərirsiz...
İllərdir ki, siyasi-milli kimliyiniz, çörəyiniz yalandan çıxır!!!
İllərdir ki, sahibsiz qalmış meydanlarda ehsan yeyirsiz!!!
20 yanvar,
Xocalı,
Qarabağ....
DOYMADINIZMI???
Ermənilər bir tərəfdən, erməniyanlı,ermənikökənli hibridlər bir tərəfdən 28 yıldır ki,Xalqın Toprağı,İnsan və Vətəndaş hüquqları,Dəyərləri,Qüruru üzərində "riyakar" rəqsi oynamaqdadır !!!
Bir-birinizlə hansı pozada istəyirsiz söyüşün...
Lakin,Amma,Ancaq MƏN VƏTƏNİMƏ,ELİMƏ-OBAMA-QUBADLIMA-ZƏNGƏZURUMA getmək,qayıtmaq istəyirəm.
Sıravi Döyüşçü,Komandan,Artillerist,Müharibə Veteranı olaraq ÖNDƏ!!!
Nağıllar,Siyasi mərsiyyələr, Kriminal-Korrupsionerlər barədə çəkilmiş kliplər artıq cəlbedici görünmür!
Çəlbedici görsənən Paşinyanın Qarabağda,Şuşada oynadığı rəqslər, Bizə qarşı yağdırdığı həqarətlərdi...