ÜMUMMİLLİ MARAQLAR NAMİNƏ AMNİSTİYA !!!

9-07-2020, 17:30

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:

Haqq-Ədalətin ardınca düşənlərlə,haqsızlıq və zülmün tərəfində olanlar arasındakı mübarizə heç vaxt bitməyəcək, ta qiyamətə qədər davam edəcək.
Biz İnşallah həmişəki  kimi doğrunun,xeyirli olanın yanında olacayıq!
Təşəbbüskarın kim olmasından asılı olmayaraq, AMNİSTİYA  aktının qəbul edilməsi günün tələbi və zərurətidir...
Lakin, qəbul olunacaq qanun layihəsinin hazırlanması köhnələrə və təzələrə deyil,özünə və Xalqa nifrət etməyən, biriləri tərəfindən,nöqtəsiz,vergülsüz,imtiyazsız hazırlansa təqdirəlayiqdir.
Əvvəllər qəbul edilmiş amnistiya aktları,təsir altına düşən şəxslərlə bağlı cəmiyyətə sırınan statistikanın  reallıqla heç bir əlaqəsi olmayıb.
Təsir altına düşən şəxslərin 50 faizindən çoxu məhkəmə tərəfindən cərimələnmiş-şərti məhkum edilmiş şəxslərdir.
Həbsxanadan buraxılanlar isə bir qayda olaraq,C.Ç.M-in Rəisi və Qanun alveri məsələləri üzrə ("zampolit") müavinin tələbləri yerinə yetirildikdən sonra reallaşması mümkündür!?
Bir sözlə MM-in qəbul etdiyi Qanun lahiyələri bir qayda olaraq bütün sferalarda alver predmetidir.
Dövlət adından Nəzarət edici orqan və qurumlar isə  payçıdırlar.
Doğrudanda təmənnasız  Xalqa Xidmət etmək istəyən varsa?! Qanun lahiyyəsi  qəbul edilərkən,QANAD-QUYRUQ-lara ("şərtlər") son verilsin.
Rüşvət alınması üçün ortaya atılan şərtlər və bürokratik əngəllər belədir:
-Zərərçəkmişlərdən barışıq ərizəsinin tələbi...
-Ailədə Şəhid-Qazi-Veteran olması və.s...
Yəni Amnistiya aktına düşən maddələr,heç bir şərt tələb edilmədən hər kəsə şamil olunsun ki,rüşvət çəlləyində qıcqırmış məə-mırr nəf götürə bilməsin.
İstər Cəza,istərsədə islah qanunvericiliyində təsbit olunmuş müddəaların mövcud reallıqla heç bir əlaqəsi yoxdur.
Yəni maddələrin təsviri hissəsi qulağa xoş gəlsədə,reallıqlar-tətbiqi tamamilə başqa qaranlıq dünyanı bizə xatırladır.
Həbsxanada heç kəs islah edilmir.
İslah etməyə məsul edilmişlərdə nə mənəvi güc,nədə ki,intellektual səviyyə yoxdur.
İslah etməyə məsul edilmiş zombilərin əməyi-əməli nəticəsində məhkumlar:
1.Cinayətkarlığın sirrini öyrənir.

2.Narkoman olur.

3.Spid,hepatit,absitentli sindromlu xəstəliklərin daşıyıcısına çevrilir.

4.Ayaqlaşmaq üçün tələb edilən pulu böyük zondan kiçik zona daşıya-daşıya evdəkilərinin qarşılıqlı nifrətini qazanır,düşmənə çevrilir.

5.Dövlət adından həyata keçirilən despotizm,anarxizm,amoralizm təntənəsilə hər an qarşılaşdığından Dövlətinə-Millətinə nifrəti artır...!
Həbsxanada olan şəxslərin 70 faizi törətmədiyi cinayətin,ona qarşı dövlət adından törədilən cinayətin cəzasını çəkməkdədir....
Ona görə də qanadsız, quyruqsuz Amnistiya aktı qəbul edilməklə ən azından Dövlətimiz və arxasız-hüquqsuz Vətəndaşlarımız qazanar...
Hazırda həbsxana həyatı yaşamağa məhkum edilmiş  Vətəndaşlarımız,illərdir ki,günahsız zindan həyatı yaşamağa məhkum edilmiş İnsanların durumunu yaxşı anlayarlar...


İstifadəçi paneli