REPRESSİV İDARƏETMƏ...

9-07-2020, 17:47

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:

11 illik Erməni girovluğundan azad olduqdan sonra,ilk dəfə Kapital banka baş çəkdim.
Gördüklərimə rəğmən məkanı tez tərk etmək istəsəmdə,arabada idarə olunan ağsaqqal və yaşlı qadınlara sərgilənən münasibət qalmağıma səbəb oldu.
San ki,it ulayan,İnsanlıqla,sivil həyatla heç bir bağlılığı olmayan bir məkandasan və normal söhbət etməyə adam axtarırsan.
Qapıdan 15 metr kənarda mürdəşir stulu üzərinə ağ vərəq və qələm var.Vərəqi külək aparmaması üçün,üzərinə daş parçası qoyulub.
Kim istəyir öz adını yazır və növbəyə durmuş "sayılır".
Növbənin uzunluğu Eldar Əzizovun tortu boyda idi..
Növbədə ki,İnsanların böyük əksəriyyətinin problemi sadəcə adi bilgisizliklə bağlı idi,pul deyildi.
Bununla bağlı qapıdakı polislərə edilən müraciət şablon olurdu.
"Növbəniz çatar soruşarsız,biz bilmirik".
Bankın hərdən gözə dəyən pezəvəng əməkdaşları da "qalib dövlətin qürurlu vətəndaşı" görkəmini alıb,əllərində ya dönər,yada ki,sok qabı vətəndaşların içərisindən keçərək,heç kəsin sualına cavab vermirdilər.
Bilmirəm bunlar ya savadsız,kar-kor-lal,yada ki,Azərbaycan dilini başa düşmürdülər...
Süni ajotaj,narazıçılıq,sabotajlar kim(lər)in ssenarisidir?, məqsəd nədir?
Əlil-pensionerlər nədən Bankın qarşısında günlərlə əzab çəkməlidir?
Niyə Vətəndaşlar üz-üzə qoyulur???...
Olmazmı ki,bir nəfər ağlı başında,suallara cavab verə biləcək mütəxəssisi Vətəndaşların suallarına cavab vermək üçün ayrılsın?
Olmazmı ki,qapıda qoyulmuş 5 polis,2 əsgərdən biri növbə problemini adi qəbzlə icra etsin və söyüşün yerinə alqış qazansın....
Əlbətdə ki,olar.Bunun üçün Dövlətini-Xalqını  sevən  və işə təmənnasız qəbul edilmiş kadr lazımdır.
Rüşvət-tapşırıqla işə qəbul edilmiş Şəxs nəyin bahasına olursa olsun verdiklərini çıxarmağa çalışır,tapşırılanda tapşırılanın məmnunluğunu...
Deputatxanaya təyinat almış bir neçə ədəd yaltaq gündəmdə qalmaq,hökumətə yarınmaq üçün ağzına gələni ifraz edir!
Düşünə bilmir ki,ayda 200 manat bankdan penisiya almağa gələn ağbirçəyin-ağsaqqalın yolunu evdə 10 nəfər gözləyir.
Bunuda ala bilmirsə nələrin baş verdiyini anlayırsız???
Axı bu İnsanlar Sizdən fərqli olaraq,partiyasından,paçasından keçmiş əqidəsiz və ya namusu ilə alver edən mandatçı deyil !!!
Sizin bir ayda rüşvət-dələduzluq yolu ilə qazandıqlarınızdan  əlavə aldığınız 5000 manatı bu İnsanlar 2-3 ilə yeməsə,içməsə toplaya bilməz!
Millətin təhlükəsizliyini,sağlamlığını düşünənlər Onları çörəklə imtahana çəkib,ac-susuz öldürməz!
Bunları edərkən öz atalarınızı-analarınızı-övladlarınızı onların vəziyyətində hiss edin.
Görün vicdanınız sizə nə deyəcək?
Molodes,yoxsa Bərəkallah!
Yaltaq nə özü,nədə ki,başqaları haqqında müsbət fikirdə olmadığı üçün yaltaqlıq edir!!!


İstifadəçi paneli