HƏR KƏS ÖZ-ÖZÜNƏ SUAL ETMƏLİDİR ???

9-07-2020, 18:37

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:

Hər kəs ÖZ-ÖZÜNƏ sual etməlidir-Mən Kiməm?
Kimin övladıyam?, Milli-Siyasi Kimliyim,savadım,qabliyyətim,keçdiyim həyat yolu imkan verirmi ki,bu filankəs haqqında söz deyim ???
Hazır ki, hökumətin Xalqa miras buraxdığı xeyirli bir işi varsa,oda-heç kəsin çətinlik çəkmədən mavi ekrandan və ya sosial mediadan gördüklərini tanımaq şansını asanlaşdırdı...
Bu gün deputatxanada otuzdurulanların yarısı,bir zamanlar bu rejimə müxalif "mövqedə"çıxış etmiş partiyasına,səngərinə xəyanət etmiş subyektlərdi.
Kif basmış KİV-nə nəzər yetirin!
Böyük əksəriyyəti bütün iqtidarlılara lakey xidməti  göstərmiş,könlünü-ruhunu-mənliyini-namusunu satmış media ("general") gənələridir...!
Sual oluna bilər ki,bəs nədən rejim belələrinə imkan yaradır,mükafatlandırır...?
Hər şeyini itirmiş onurğasız subyektləri idarə etmək çox asandır.Yetər ki,mədəsi ac qalmasın!!!
Daha doğrusu itinin başqasına satılmasını istəmirsənsə onu tox saxla...!?
15-20 yıl əvvəl satqın-xain-namus alverçisi-şenok-"adnorazvı..." yazdıqlarıma görə 400 dəfə məzhəkə şousunda cavab verərkən, partiya-fraksiya-universitet şəklində arxamca hürənlər,Məni qınayanları hazır ki,hökumət adba-ad stiqmaladı...
Şenoku-əməkdarladı,Universam rektoru testdən kənar diplom satdığı məzlumlardan aldığı pulları ermənizmə xərcləməkdədir,bir çoxları barədə axtarış verilib.
Lakin,bu son deyil...
Xalqımıza,Dövlətimizə bilərəkdən və bilməyərəkdən  xəyanət etməkdə davam edən,dövlətin özü tərəfindən dəstəklənən alçalaraq-paylayaraq "yüksələn" yüyənsizlər hələdə iş başındadır.
Kimin harda,nəyin başında,budağından sallanması önəmli deyil.
Önəmlisi nepotizm,rüşvət hesabına vəzifə kuliarlarına soxuşdurulmuş bu zombilərin Dövlətə-Xalqa vurduqları sağalmaz yaralardı.
Uduzan,arxada qalan,buraxılmış səhvləri həzm etməyə məhkum olan Xalqdır!!!
Necə ki,təkcə erməni İşğalı altında qalmış 55000 kvadrat kilometr TOPRAKLARIMIZ  barədə düşünən,danışan məhz həmin ləyaqətli Vətəndaşlarımızdı...
Əlbətdə ki,heç bir anti-tezis hazırlamadan söyləmək olur ki,Azərbaycan adlı məmləkətdə İnsanlıqdan,Mənəviyyatdan,Namusdan kənar istənilən mənsəb-vəzifə sahibinə çevrilmək olur və bu cür presidentlər yüzlərlədir.
Eyni zamanda bu ölkədə,ən böyük qəbahət,günah,cinayət doğrunu söyləməkdir!
Haqqın və haqlının Sözçüsü olmaqdır!
Dövləti-Vətəni-Milləti sevməkdir...
Haqlılar,Doğrular,Patriotlar həbsxana ilə mükafatlandırıldığı halda,Xalqın adından danışan və başından yekə qələtlər edə-edə özünü "Lider"kimi  5-6 nəfər doğmalarına belə tanıtdıra,sırıya bilməyən marinetkaları nədən tutan,dişləyən,zindanla mükafatlandıran yoxdur???
Niyə??
Özünü tanımayan,hesabat verə bilməyən,nəfsinə qalib gələ bilməyə gücü çatmayan və özünə nəzarət edə bilməyən bir adam,başqa heç bir sahəni düzəldə,heç nəyi qaydaya sala və kiməsə nəzarət edə bilməz!!!


İstifadəçi paneli