QıF-ın bəhanəsi,Xəyanətin tədavüsü olmaz!!!

9-07-2020, 18:50

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq: 

İNAMSIZ-ÜMİDSİZ-HÜQUQSUZ  VƏTƏNDAŞ !
Sən pul itirmisənsə heç nə itirməmisən!
Sağlamlığını itirmisənsə bir şeyini itirmisən!
Əgər inamını itirmisənsə onda hər şeyi itirmisən!
Doğrudanda ağrılı sonluqdur....
Cəmiyyətdə bunu yaradan şüurlu həyat yaşayan İNSANLAR üçün bəllidir...
Əgər barəmdə marginal orqanların ərsəyə gətirdiyi saxta-qondarma-ehtimal-sonaloqsuz 76654-99432 saylı iftiranamə "akt"ı olmasaydı buna görə monitorun gözünə bu qədər barmaq uzatmazdım...
De-fakto,de-yure Xalqın ümidi-gümanı bitib...
Zavallı,toprak həsrətilə sabahını ümidsiz açan İnsanlar növbəti bespredelliklərlə üz-üzədir...
Əvvəllər bəzi "düzənli"ailələr körpəsini yatırtmaq üçün, "gözünü yum! yatmasan polis gəlib aparacaq deyilirdisə,indi qaydalar dəyişib.
Deyilir ki,paltarlı uzan,yatma! polis gəlib aparacaq və döyəcək...
Erməni qarşısında 28 yıldır ki,apologiya rəqsi oynayan s/sistem var-gücünü İnsanlıq  üzərində pedser etməkdədir...
Bu kimi iyrənc kayotalar böyük zonda sadə Vətəndaşlara qarşı heç bir kompleks yaşamadan törədilirsə,qaranlıq Zindanlarda,gepezelərdə Şərin qalibiyyəti naminə törədilənləri təsəvvür edə bilirsinizmi???
Axı orada illərdən bəri toplanmış abses nifrəti (zibili) atan qonşularında yoxdur...
Necə ki,işğal altında qalmış Topraklarımızın qaytarılmasına ümid yoxdur...
O topraklarda izi-sözü-üzü olan Kişilər Vətən -Toprak həsrətilə dünyalarını dəyişdiyi kimi,sonra gələnlər də göbəyinin kəsildiyi,şəxsiyyət vəsiqəsində qeyd edilmiş Ana Vətəninin müqəddəsliyini masazıra-mehdiabada-sulutəpəyə-atyalına...,dəyişdi...
Belələrindən törəyənlər də öz xoşbəxt gələcəyini,yaxşı yaşamağın açarını,sabahın manıslığında və ya poqonunda hiss edib,həmin məkanlara axın etməkdədirlər...
Çün ki,gənclik örnək ola biləcək şəxs və şəxsiyyətlər qıtlığından yalnız asan və çox pul qazanmaq istəyindədir...
Bütün başqa sahələr nepotizm-rüşvət fəlsəfəsi üzrə kadrların işə qəbulu tənzimləndiyindən,abırsız mikrofonunda bir ağız çalıb-oxumaq məşhurluq yatağına qonaq edir....
15-20 yıl əvvəl de-şifre etdiyim,məzhəkələrdə hər gün vuruşduqlarıma sukalıq edən kiflərdə bu gün onları söyür,ittiham edir.
Lakin,unudur ki,onun bu qeyrətsiz davranışı eyni zamanda övladlarının potensial əxlaqsız olmasına kart-blanşdır.
Övlad-gəlin və.s,nə qədər öz ləyaqətin qorusada,evə gətirilən çörəyin hardan çıxdığını bildikdən sonra,böyüklərinin miras buraxdığı mırazlığı davam etdirməkdə yenədə kompleks yaşamırlar....
Yalançı,əxlaqsız,yaltaq,yalaq olaraq....!?
Mən həmişə Dövlətimin güclü,Millətimin qürurlu olmasını istəmişəm və mücadilə aparmışam.
Lakin....
İndi bütün problemlər dərdə çevrilib.İnsanlar xırda ehtiyaclarınıda dərd hesab edirlər.
"Onsuzda bu millət düzələn deyil...." kimi  kölə arqumentlərlə məğlubiyyətimizə analiz verirlər...
Bütün bunlar düşünülmüş universal ssenarilərdi...
Ssenari müəllifi indiki durumun dominantlığı üçün,eyni zamanda ərindən-evindən-elindən başqa hər kəsin istifadəsində olan peşəkar QıF-ra meydan -vəzifə-pul verib,adlarınıda "ictimai-siyasi-fəal"qoyub müəyyən müddətə ömrünü uzada bilər,lakin və lakin güvəncli,qürurlu,qalib Dövlət olmaq olmaz....
Xalqı elə bir günə salıblar ki,4 aydır ki,davam etdirilən COVİD-19-un öldürdüyü minlərlə real ölüyə inanan yoxdur....
Hansı ki, bu dünyada doğru olan-bir əcəldir,bir də ölüm.
Bir cənnətdir doğru olan,bir də cəhənnəmdə zülm!!!


İstifadəçi paneli