KARANTİN yoxsa, 15 sutka KARS !!!
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Adlar mahiyyətcə özünü təsdiq edə bilmirsə,mənasızdı,ikrah-nifrin yaradır.
De-fakto,hazırda Ölkəmizdə də ən mənalı-dəyərli adları,mənasız və dəyərsiz onurğasız subyektlər daşımaqla,kütlə şüuruna istədikləri yalanı sırımağa cəhd edirlər....
Karantin.Bu ad Mən də bütün aspektlər üzrə ikrah yaradır...
Bu adın mahiyyəti-satqın,rüşvət,zülm,işgəncə, yalan, apologiyadan başqa heç nəyi ifadə edə bilmir...
Hüquqi-demokratik Dövlətlərdə Karantinə Qanun kimi olaraq riayət olunur və bunun tətbiqi üçün hökumətlə Vətəndaş qaydasız döyüş nümayiş etdirmir....!
Sonaloqsuz Ölkəmizdə bütün DƏYƏRLƏR yüyənsiz-istifadə limitləri bitmiş,lakin hələdə rəyi öyrənilən QıF-ların ağzına uyğun aşağılandığından, yalançılıq-talançılıq məharəti akademik səviyyədə qəbul edildiyindən,Sadə İnsanlar bütün ciddi problemlərə barmaqarası baxır....!
Çün ki, bilirlər ki,boş-mənasız-şoudur....
Necə ola bilir ki,başı xınalı,bir şabaşa "uy-uy" ulayan mənəviyyatca dilənçi,maddi cəhətdən "varlı" manıs karantin dövründə öz taylarını evinə çağırıb çal-çağır edərkən,orqan rəsmisi bunu qanuni hesab edir,lakin xəstə anasının zəruri həblərini əldə etmək üçün,paytaxta hamballıq etmək üçün avtomobilin baqaj hissəsində gizlin gələn vətəndaşı qoyun kimi ifşa edib,şərəf-ləyaqətini alçaldırsan?!
Yəni nepotizm,amoralizm,despotizmin özünü Dövlət hesab etdiyi minlərlə təkzibolunmaz detalları yazıb göstərmək olar...
ÖZÜN NÜMUNƏVİ OL!!! Sonra göstəriş verərsən...
Karantinin Özünü Dövlət sandığı,Rüşvətdən başqa heç kəslə hesablaşmadığı sahələrdən biridə həbsxanalardı...
Bütün həbsxanalar şəxsi obyekt kimi idarə olunduğundan,heç bir rəis Məni öz obyektində görmək istəmirdi və bu səbəblərdəndə universal təxribat ssenariləri məhz KARANTİNDƏ həyata keçirilirdi...
Bildiyiniz kimi Azərbaycan Hökumətinin Qarabağ Qazisinə,Jurnalistə, İnsan və Vətəndaş Hüquq və Əsas Azadlıqlarına verdiyi böyük töhfələr,humanizm,Vətəndaş məmnunluğu sayəsində 09 yıl 2 nəfərlik kamerada TƏK saxlanılmışam.
Bu cəza bütövlükdə Məhkəmə Qərarını əhatə etmirdi...
Xüsusi Rejimli həbsxanalarda verilmiş cəzanın 3/1 hissəsini oturduqdan sonra,həmin həbsxananın açıq zonunda cəzanı çəkmək şansı qanunla tanınır.
2011-ci ildə cəmi 01 ay,2016-cı ildə cəmi 01 ay həmin açıq zonda qalmaq şansım oldu...
Hər iki halda günahım çox böyük idi...
Hüquqsuz,Savadsız,Dövlətsiz,Kasıb məhkumlara dayaq olmaq,hətta Azadlıqdakı deformasiyaya uğradılmış Konstitusion hüquqlarını bərqərar etmək...
Şərt bundan ibarət idi...
"Özün nə istəyirsən de,qulluğunda varıq,ancaq bunları müdafiə etmə.Bunlar Sənin əlinə su tökməyə layiq olmayan adamlardı..."
Bu cür yaşasaydım,indi ən pis halda dup-tatxananın sakinlərindən biri idim...
Vəzifə-pul uğur göstəricisi,rahatlıq deyil,bu ölkədə..
Qorxudu,söyülməkdi,döyülməkdi,Rüşvət-COVİD-19 virusuna potoloji mübtəla olmaqdır...
Ən böyük uğur ALLAH-ın Razılığlnı qazanmaqdı...
Ən Komfort həyati- rahatlıq, VİCDANININ Sənə təşəkkür etmə apofeozudur...
1-8-11-15 saylı adı C.Ç.M-si,profili poronomik olan bu məkanlarda bilavasitə olduğumdan hər bir detalına aydınlıq gətirə bilərəm.
Karantinin müddəti 14 gündür.Qaydalar statusuna və verdiyin rüşvətə görə dəyişir.
100-10.000 manat pereskurantı gündəmin əsas viruslarındandı.
Tələblərlə razı olmasan,dəmir tabut ("voronok") səni gözləyir.
"Malibo"MMC Mülkiyyət hüququma ekskvator dişi atdığına görə, düşmənlərə cavab atəşilə layiq olduqları yeri göstərərkən,11 saylının rəisi vəli açıq etiraf etdiki:"məni Sənə görə çox sıxırlar.Bəlkəm yazıları dayandırasan..."
Rədd cavabı aldıqdan sonra,vəli bariqalarını və cibgirlərini qaldığım otağa "şmona" göndərdi.
Bu cür gedişatları nəticə vermədikdə,21.09.2018-də axşam saat 20:00-da "speç etap" 15-ci popaninə yatap edildim və KARANTİN !!!
Müştərilər növbəli şəkildə qırxılıb,soyulub zona buraxılırdı.
Azadlıqda tufeyli həyat "yaşamış" sürünənlər sinfinin ən murdar məxluqlarına belə başa salırdım ki, 14 gün nədir ki,otur gözlə,500-1000 manatı niyə verirsiz bu cinayətkarlara.
Danışıqlarımı olduğu kimi 15 saylı zadın rəisi əslən Cəbrayıl rayonundan olan yusifov tahirə çatdıran əslən Ğəncədən olan 62 yaşlı briqadir tofiq məmmədov sonrada Mənə həyatını danışıb ağlayırdı.
Ruhsuz bicbala tofiq tahirin ən etibarlı emissarı hesab edildiyin bilə-bilə karantində ki,başıaşağı-üzüyola-təqaüdçü anasını aldadıb pul gətizdirib,onu alçaldanları yedizdirən "yaxşı oğlanlara" deyirdim.
Bundan əlavə Məni yaxından tanıyanlar maskalarının cırılmaması üçün,barəmdə tahirə hər şey danışırmışlar.
Necə ki,mənliyini-namusunu-partiyasını-papağını-sülaləsini satan əməkdar-şenok barəmdə imic-reputasiya yaratmaqdan ötrü dilini və çənəsini dövriyəyə buraxmışdı...!!!
14 gün KARANTİN bitdi və Məni,Astara- Əhliman ƏLiyevi,Neftçala-Musa Əliyevi,Səlyan-Qədir Həsənovu 15 saylının rəisi tahir kabinetinə çağırdı.
Hərəsindən 500 manat almışdı.
Ciddi görkəm almağa çalışan tahir:"Niyə ayağa qalxmırsız,keçirəm ordan gözlərimi dikmişəm Sizə..."
Pul verənlər başlarını göbəklərinə qədər sallamışdılar.Hərəkər trayektoriyasını;tualet kağızından hörmətsiz vəziyyətə salınmış CİM-dən; Konstitusiyadan,Konvensiyadan bəhs edib anlatmağa çalışsamda,tahir isterik formada ampulasından çıxa bilmir və nadanlıq edirdi.
Bir cümlənin VİCDAN RAHATLIĞI...
300 metrdən məni görüb ayağa durmursuz deyirsən.Belə qürurlu kişisənsə-26 ildir ki,erməni girovluğunda cinsi istismarın alətinə çevrilmiş anandan-bacından-qızından ötrü niyə ayağa durmursan????
Üç nəfəri zona,məni karsa göndərən tahir,110 gün Karsda saxladı və rauf əhmədov 6 dəfə get-gəl etdikdən sonra,yenidən 06 aylıq həbsxana ilə mükafatlandırıldım.
Barəmdə tərtib edilmiş töhmətlərin əsas qayəsini, erməni diversant arsen baqdasariyan və edqar sarkisyanı aşağılamaq təşkil edirdi...
Dəyərli Dostlar!
Təsəvvür edin ki, Sizdə doğrunu söyləmisiniz və buna görə də 15 sutka Karsla mükafatlandırılmısınız!
Zalımların, köstəbəklərin İnsanlığa qarşı nə etməsindən asılı olmayaraq, RƏBBİM Rəhmini Xalqımızdan əskik etməmiş sərin mehlə hüzur yaşatmaqdadır!!!!
Lakin, Məni düşündürən və qayğılandıran budur ki,Xalqımızı COVİD-19 virusundan qoruyan,analoqsuz rejim düşünə bilirmi ki, ən böyük-ən təhlükəli VİRUS,məğlubiyyət-qürursuzluqdur və bu Xəstəlik yüzlərlə Vətən-Toprak-El-Oba həsrətilə Ümidlənən Ağsaqqallarımızı,Ağbirçəklərimizi vaxtsız-nakam-narahat doğmalarından aldı...!!!