MƏN İMTİYAZ DEYİL, ƏDALƏT İSTƏYİRƏM....

9-07-2020, 19:45

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq: 

Cənab İlham Əliyevin- "İndi Prezident  administrasiyasında tam başqa bir vəziyyət var" tezisinə uyğun olaraq, təkzibedilməz faktlarla rəsmi müraciət etmişəm ki, Dövlət adından dövlət məmurları tərəfindən həyata keçirilmiş  sil-silə cinayətlər  şəxsi nəzarətdə saxlanılmaqla hüquqi Dövlətin mahiyyətinə uyğun zəruri tədbirlər görülsün !!!
Universal ssenari üzrə,ənənəvi olaraq, Prezident Administrasiyası  "Müraciətimi", əlavə etdiyim:
1.AR-074840 saylı Saxta etibarnaməni.

2.Ədliyyə nazirliyi Ekspertiza mərkəzinin "RƏY"lərini.

3.Zaminlik müqaviləsini...
Baş Prokurorluğa təkrarən göndərir və Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəis müavini,Adil Vəliyevdə öz növbəsində Mənim yazdıqlarımı olduğu kimi köçürüb,sonda Məhkəməyə müraciət etmək hüququmu bildirir....
Baş Ədliyyə müşaviri bir məqamı unutmamalıdır ki,
Prokurorluğun missiyası təkcə baronessaların xeyrinə absurd qərarlar çıxarmaq deyil, Dövlət mənafeyini,Dövlət-Vətəndaş münasibətlərində qanunun aliliyinə hörmət  və riayət etməlidir....
HÜQUQİ DÖVLƏT-özündə insan hüquqlarının sarsılmazlığının dövlət tərəfindən bəyan edilməsini,hüquq və azadlıqların təminatının əsas mexanizminin müəyyən edilməsini,Dövlətin,onun orqanlarının, vəzifəli şəxslərin konstitusiya və qanunlar çərçivəsində fəaliyyəti vəzifələrinin konstitusiya vasitəsilə müəyyənliyini,məhkəmənin müstəqilliyinin konstitisiya prinsipini,digər qanunlara münasibətdə Konstitusiyanın aliliyi prinsipini,həmçinin beynəlxalq hüquq normalarının milli hüquq normaları qarşısında üstünlüyü prinsipini təcəssüm etdirən SOSİAL DÖVLƏT.
Sözsüz ki, SON 12 yılda Ölkənin Hüquq siyasətinin bütün aspektlər üzrə sifətlərini gördüm və Savadsız-kasıb-hüquqsuz  İnsanlara görə çox üzüldüm.
Azda olsa, Mənliyini-Namusunu qoruyan İNSANLARIN sayəsində  qapım-qollarım bağlı,daş tabutlarda günün istisində  mənasız yatablara baxmayaraq, 45 Məhkəmə "QƏRAR"ı
mübarizəmin nəticəsidir.
Lakin, hazır ki, Vacib və təkzibolunmaz kriminalın əsas MODERATORU çox məharətli,Dövlətə,Konstitusiyaya,Qanunlara,İnsanlara şəxsi biznes vasitəsi münasibəti bəsləyənləri  istədiyi vaxt alıb-satan,həqiqətləri inkar edən,"qaydalar"toplusu və günahsız qurbanlar  dolu    düşünülmüş ssenarilərdə məmurlardan lazımı 
qədər istifadə edən al-ver-çidir!!!
Mən bir kimsədən imtiyaz deyil, Dövlətə,Konstitusiyaya,İnsan və Vətəndaş Hüquq və Əsas Azadlıqlarına qarşı törədilmiş sərhədsiz cinayətlərə hüquqi qiymətin verilməsini, ƏDALƏT istəyirəm!!!


İstifadəçi paneli