ÖVLADIMI İTİRMƏYƏ HAZIRAM,LAKİN...

9-07-2020, 19:49

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:

8 Aylıq hamilə Xanımın  Prezident  Cənab İlham  Əliyevə  ünvanladığı  müraciəti  olduğu kimi  diqqətinizə  çatdırıram:
 "Çox utanır,xəcalət hissi keçirirəm.
  Bu gecə saat 11-12 radələrində yaşadığım evə  700(yeddi yüz) nəfərdən artıq  mülki geyimli,Silahlı şəxslər  basqın  etdilər.
 Onlar  Azərbaycanın  suverenliyi,ərazi bütövlüyü,təhlükəsizliyi uğrunda həyatını  4(dörd)il təhlükədə,döyüş səngərində fəda etmiş,7(yeddi) Şəhid Ailəsinin,Birinci qrup səngər yoldaşının rəsmi qəyyumçusu,Azərbaycanda ilk müstəqil,Bütün  sferadan olan imkansız,Şəhid-Qazi-Veteran Ailələrinin təmənnasız Xidmətçisi,İDEAL PRESS KLUBUN Prezidenti,Qürurlu-Bütöv Azərbaycan Naminə Kəfənə sarılıb,Haqqın və Haqlının  Sözçüsü  Nazim  Telman  oğlu Quliyevi  həbs etmək üçün silaha sarılmışlar....
Silahlı birləşmələr bu gecə eyni zamanda  hökumətin,hüquq-mühafizə orqanlarının əsl mahiyyətini,Dövlətə-Xalqa "xidmət" fəlsəfəsini Mənə-8 aylıq hamilə  Xatuna, azyaşlı qızcığazın məsum gözləri qarşısında nümayiş etdirdi...
Bu qədərini nə fantastik faşizm təbliğ edən qorxunc  filmlərdə,nədə ki,diktatura rejimlərində görməmişik.
Nazim Quliyevi Biz Türklər yaxşı tanıyırıq.
 Vətənə-Dövlətə-İnsanlığa Onda olan Sevginin,Sayğının 5 faizi ətrafınızdakı barəsində imic-reputasiya formalaşdıran quldurlarda,reketlərdə,yalançı və talançılarda olsaydı, Sözün tam mənasında İRİ-DİRİ-QÜRURLU Böyük Millətə çevrilmişdik!
Nazim Quliyev barəsində bir gündə 2 dəfə,sabaha təxirə salınmış məhkəməni axşam saat 20-21-ə salmaq hansı zərurətdən irəli gəlirdi?və kimlərin xəyanətini de-şifre edirdi?
Günahı Nə idi?
Əxlaqında,soyunda,yaşamında çox ciddi problemlər olan birilərinin əxlaqdan,dəyərlərdən,Türkçülükdən bəhs etdirilməsi  hansı  düşüncənin məhsuludur???
Nazim Quliyev barəsində dezinformasiyalar yazan kimlərdir? 
Fərarilər, doğmalarının,iş yoldaşlarının yatağına çənəsini uzatmış alçaqlar,dünyasını,ləyaqət hissini itirmiş kəmfürsətçilər...
Bilinsin ki, Nazim Quliyevi uzun illərdir ki,tanıyırıq və bu Onun hər hansı bir mənfi hərəkətini görməmişik.
Onu İdeal İnsan olaraq,Əzizlərimizə nümunə göstərmişik.
Mənim Soy-Kökümdə işverən,üzəduran,şərlə-böhtanla yüklü edilmiş kimsəni tanımıram.
Lakin, evimə basqın etmiş silahlı birləşmələr Məni Ölümlə,uzunmüddətli yaramaz-ləyaqətsiz ittihamlarla şərləyib həbsə göndərəcəkləri ilə təhdid edən Hacı Məmmədovun sələfləri  üçün Nazim Quliyevi Şərləmək niyə bu qədər əhəmiyyət kəsb edir ki???
Nazim Quliyevin Qələmi bu qədər Əhəmiyyətli və Böyüklüyünü dərk edib qorxanlar niyə? özlərinə yaraşan işlərlə məşğul olmurlar?
Siqaret çəkməyən,Spirtli içki qəbul etməyən,Sağlam və mükəmməl həyat yaşayan,idmançıya NARKOTİKA  ləkəsi atmaq hansı vicdansızın məhsuludur???
Ölkəmiz də hüquq-qanun bu qədərmi yesir-dilənçi vəziyyətdədir???
Qarabağ Qazisinə,Dəyərli İnsana qarşı bu qədər nifrətlə yüklənib,Hökumət adından hücum çəkmək acizlik deyilmi?
Mən bətnimdəki 8 aylıq körpəmi itirdim.Lakin,şərəfimi,ləyaqətimi itirmərəm!
Nazim Quliyevə şər-böhtan atan nanəciblərlə bir cərgədə olmaqdansa, Ölməyə də razıyam.
Nazim Quliyevlə bağlı "hüquq-mühafizə orqanlarının" revanş xarakterli təhdidlərinin qurbanlarından biri olaraq,əvvəlcədən deyə bilərəm ki,burada bir böyük cinayət var:
Nazim Quliyevə qarşı törədilmiş CİNAYƏT.
Azərbaycan Respublikası  Konstitusiyasının 8-12-ci  maddəsini rəhbər tutaraq,Nazim Quliyevə qarşı hökumət adından törədilməkdə davam edən sərhədsiz Cinayəti durdurmağınızı və Mənim istintaq,məhkəmə instansiyasında təhdidsiz ifadə vermək haqqımın tanınması Naminə prosesləri  Şəxsi nəzarətinizdə saxlamağı Xahiş edirəm .
İdeal qəzet.
25 aprel 2009-cu il


İstifadəçi paneli