8 AYLIQ HAMİLƏ XATUN və XALQIN TALEYİ ...!!!???

9-07-2020, 19:52

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq: 

Qanunlardan özləri kimi istifadə edən absesli orqanların  ənənəvi harınlıqları, Mənə münasibətdə iz buraxmaması  üçün,bir gündə iki dəfə, sonuncu axşam saat 20:00-da sifarişçinin zövqünə uyğun fors-major Nəsimi rayon məhkəməsində  təşkil edilən məzhəkə şousunu tanımamaqdan dolayı,çağırışı rədd etdim və rejimin bespredelliyindən  istifadə  edib, bu 06 müddətində yaxın adamları  ziyarət etdim.
Sonuncu müsafir olduğum ev Masazır kəndində Qaçaq Nəbi küçəsində  yaşayan  bir Türk  ailəsi oldu.
Bizneslə bağlı bəy Türkiyədə olsada 8 aylıq hamilə Xanımı və 12 yaşlı qızı evdə  idi.
Axşam saat 11 radələrində,damdakı göyərçinlərin səsi olduğunu zənn edib, pencərələrə baxarkən qara geyimli silahlı adamları görüb dərhal əsas qapını açdım və Özümü təqdim edib,onlardan da siyasi kimlikləri barədə soruşarkən,özlərini tanımadıqları davranış sərgiləyib,maşına mindik.
Ərazidə 700 nəfərdən artıq silahlı şəxs var idi.Yollar,əsas magistral boşaldılmışdı.
Aktda 150 nəfərin olduğu qeyd edilsədə.
Silahlı birləşmənin üzvüləri Daxili İşlər Nazirliyi Baş Çinayət axtarış idarəsinin,Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə baş idarəsinin,Abşeron Polis idarəsinin əməkdaşları olduğu bəlli oldu və onlar Məni  MCQMBİ-nə gətirdilər.
Lakin,Məhkəmə qərarına əsasən,1 saylı istintaq təcridxanasına yatab olunmalı idim...
Məndən sonra,Sifarişçinin zövqünə uyğun hərəkətə keçən  absesli orqanlar  08 aylıq hamilə Qadın qarşısında ŞƏRT qoyurlar:
1.Ya Nazim Quliyevi  biz dediyimiz kimi şərləyəssən və onun  Narkotik vasitələrdən istifadə etdiyi barədə izahat yazassan;
2.Yadaki, evindən narkotika çıxdığını sənədləşdirib  Sənidə həbsxanaya göndərəcəyik....!
Selcan Xatun:Mən Türkəm, Türkün adından namus alverçiliyilə məşğul olan  şər deyiləm.Kişiliyiniz çatırsa,bu qədər qoşununuzu Qarabağa yeridin,Torpaqlarınızı geri alın.Məni, hamilə Xanımı zindanla,ölümlə hədələməyin.....!
08 aylıq hamilə Xanım məcburən Polisə aparılır və şiddətə məruz qalaraq, uşağını itirir....!
Cinayətkar birliklərin Mənə qurduqları  Məzhəkədə iştirak etmək üçün Selcan Xatun vəsatətlə müraciət etsədə nəinki təmin edilmədi və ümumiyyətlə məhkəmə zalına buraxılmadı .
Məzhəkə prosesinə sədrlik edən kəlpəlioğlu azərə  bununla bağlı protest edərkən O: " Mənlik deyil,Sizin prosesin qapalı keçirilməsinə prezident aparatından göstəriş verilib."cavabını verdi.
Şahidsiz-sübutsuz,narkoloji ekspertin obyektiv qərarına baxmayaraq, kəlpəlioğlu 234.1 maddəsi üzrə 2 il cəza verməkdə heç bir kompleks yaşamadı...
COVID-19-la bağlı avtoqəzada dünyasını dəyişən şəxsi, korono virusundan öldüyü statistikaya salındığı kimi, həbsxanalarda günahsız yerə cəza çəkən  yüzlərlə İnsan "dövlət maraqları naminə"  234-cü maddənin episentir qayğısından kənarda qalmamışdır.
Bu gün  ermənizm dövlətin bazisini  möhkəmləndirib,Vətəndaşın qüruruna hesablanmış  mütərəqqi-qürurlu-bütövlük tarixinə imza atarkən,
Azərbaycanda hökumət-vətəndaş,Polis-Vətəndaş...,qarşıdurmaları  zibilxana,dovşan səviyyəsində ataloqsuz inkişafın tarixini yazmaqdadır.
Ermənizm Türkün soyunu kəsməyin alternativləri barədə  kreativ üsullarını tətbiq edirkən,
Azərbaycandada Haqqın-Ədalətin-Ləyaqətin-Vicdanın-Doğru Sözün  şah damarlarını kəsib,Taleyüklü məsələlərdə belə Xalqın yönətimi 5-6 ədəd vələdzinanın və yaxudda bir şabaşa təlxək qiyafəsini alan bir dəstə "seçilmiş"mütrüfin   ağzında performans etdirilməkdədir.....!!!


İstifadəçi paneli