Ğ Ö Z Ə A L D I M !!!
Dəyərli-Ləyaqətli-Vicdanlı İNSANLARIMIZ hər dəfə Mənimlə danışanda, Dövlət içində Dövlət qurmuş və hakimiyyətdə erməni kötüyü salmış Cinayətkar birliyin Mənə münasibətdə zalımlığına rəğmən ÖN cərgədən çəkinmədiyimə təəcüblə baxırlar.
Bəziləri hətta elə düşünürlər ki,Doğmalarını-Övladlarını düşünmür,Özünü Kim?-Nə? üçün fəda edir?.....
Lakin ,bir az düşünə bilsələr, mübarizənin həm də Onların Övladları üçün apardığımı dərk edərlər.
Dərk edərlər ki, Nazim Quliyevin Doğmalarını,Qəyyumçusu olduğu Şəhid-1-ci qrup Səngər yoldaşlarını Xoşbəxt etmək üçün kifayət qədər imkanı var.
Bu gün ŞƏR naxırının hədəfində,girovluğunda olanlar, Şəxsi Xoşbəxtlikdən zövq ala bilməyən adamlardı.
Əgər Dövlətim-Xalqım-Vətənim üçün savaşmaq günahdırsa,Mən bu günahla fəxr edirəm!!!
Müqəddəs günahlar törətməkdən məmnunam.
Bu gün bu Ölkədə ən böyük savab,Haqq-Ədalət uğrunda Mübarizə günahı etməkdir.
Haqsız yerə ZİNDANA atılmışların günahına Sizdə Şərik olun!
Yaxın Tariximizə nəzər yetirin!
Bu Dövlət,bu Xalq üçün Savaşarkən, Baş Prokurorluqda,Məhkəmələrdə absurd hüquqi kazuslarla üz-üzə durarkən, Ramiz Mehdiyevin,Əli Həsənovun və Şayba kimi doğulub,qayka olaraq istifadə olunmuşlar indi Hardadırlar???
Nədə,hansı Cinayət əməlində ittiham olunurlar???
Mənim İDEAL QƏZETDƏ yazdıqlarımdan,Söylədiklərimdən başqa nə isə əlavələr VARMI???
Fərariyə- Bədənlərini satan Camalivüsallıları,Media gənəsi ("general") adlandırıb,bu Millətin qüruru üzərində şenok-amş rəqsi oynanılsada, indi sevdikləri,peşəkarı olduqları iş üzrə sorğu-sual edilirlər....!
Ə,Xoşqədəm Mediaya ayrılan Milyonları harana xərcləmisən?
- Peşəkar dediyiniz,illərdir ki,külüng vurub Media mənsubları adlandırdıqlarınız bunlardımı???-massajist-vizajist-katibə-aşıq-aşiq-məşuq......???
-Qımışa-qımışa üc bacı dolması kimi Dövlətin adından, Pay-pürüş etdirdiyiniz zat-kökünüzün Azərbaycan Mediasına nə dəxli var???
-Azərmətbuatyayım ASC-in,Kitab evinin yerində dövlət hesabına təmir etdirdiyiniz BMM, Mətbuat və İnformasiya Nazirliyinin balansındakı 50-dən artıq Kitabxanaları kimlər sahiblənib və hansı profil üzrə əxlaqsızlığı təşviq edir?
- İnformasiya müharibəsində təkcə ermənilərə deyil, mühacir həyatı yaşayan soydaşlarımıza 0-111 hesabı ilə uduzan Medianı niyə öz gününüzə saldınız?
- Korrupsioner-cinayətkar məə-mırr naxırının avxurundakıları gəvşəmək amacıyla, onları de-şifrə edən Müstəqil Mediaya çamur atmaq peşəkarlığının ssenarisini kim cızırdı???
-Azərbaycanın hakim dairələri,Toprakları kimi niyə söyüş poleqonuna çevrilib?-Niyə "düşməni" Cavab atəşilə susdura bilmirsiniz?
-Sursatınız,yoxsa başınız çatmır???
Suallar çoxdur...
Müstəqil Mediada məə-mırrların Xalqa qarşı törətdikləri reketçilikləri de-şifre olunduğu üçün,barmaqla sayılacaq müstəqil,cəsarətli,əqidəli QƏLƏMLƏRİ susdurmaq üçün "reket" ittihamı dövrüyəyə buraxıldı.
Görünür,bu yolla Azərbaycandakı azad-dürüst fikirliliyin sonuncu işartılarınıda sondürüb könlünü-ruhunu-namusunu medalla barter etmiş şenokun gününə salmaq istəyirmişlər!...nə.isə...
Əlbətdə ki, HAQLILARIN məhkum edildiyi Ölkədə bütün doğruların yeri həbsxanadır!
Bu gün biz də haqlıların məhkum edildiyi həmin ölkədə yaşayırıq.
Başlıcası, Öz mahiyyətini ANLAYAN KƏS yer üzünün ən zəngin adamıdı.
XALQIMIN AZADLIQ və ƏDALƏTƏ QOVUŞMASI NAMİNƏ ÖZ AZADLIQLARIMI QURBAN VERMƏYİ ÇOXDAN GÖZƏ ALDIM !!!