XALQIN GENERALI-POLAD HƏŞİMOV !

17-07-2020, 17:32

İDEAL MEDİA
O,bəzi başqa generallar kimi,xalqın bədbəxtçiliyi üzərində öz xoşbəxt həyat düzənini formalaşdırmadı;
Günahsız İnsanların ciblərindən narkotika,tank-top,silah-sursat, bədən alverçiləri aşkarlayıb rütbələnmədi, mal-mülk sahibi olmadı, kirayədə qaldı,əksinə halal maaşını tabeçiliyindəki hərbiçilərə surpriz etməkdən zövq aldı;
Şəhid ailəsinə zülm etmədi,aşağılamadı,rüşvət tələb etmədi,əksinə Xidmətlərinə görə dövlətin verdiyi evi Şəhid Ailəsinə pay etdi;
Dövlətə-Vətənə nifrət deyil,sevgi toxumlarını səpdi...!
O bu əməllərilə düşmənlərdən də,anti-milli ermənipərəst qüvvələrdəndə, fərari generallardanda qisasını aldı...
Belə oğulla hər birimiz fəxr edirik!
Şəhid Generalımızın fotoları sosial şəbəkələrdə sevgi ilə qarşılandığından,oğlu ilə paylaşım etdiyi sonuncu fotosunu dəyərli oxucularımızın diqqətinə çatdırırıq!


İstifadəçi paneli