İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Keçmişin gözləri bizə bütün olub keçənlərin acı eyhamı ilə baxdığı kimi,İnsanlar həyatda bir-birindən təkcə nəyi edib,nəyi etmədiklərinə görə deyil,həmdə necə etdiklərinə görə fərqlənirlər....
Müharibə gedir!
General Şəhid olur!
Gənclər Şəhid olur!
Həssas məqamda İnsanlar Dövlətin-Ordunun yanında olmaq üçün əlindən gələn və gəlməyən çabalar göstərir!
Hər kəs Ölkəsinin Suverenliyi,Ərazi bütövlüyünün bərqərar olması,namus ləkəsinin silinməsi naminə müntəzirdi !
Hansı ki, 4 aydır ki,çörəklə imtahana çəkilən Xalqımız,190 manatı belə ala bilməsədə öz etirazlarını,küskünlüyünü içində abırına sığındı.
Lakin, Topraklarımızın, ermənizmin işğalından azad edilməsi naminə,moderatorsuz-filansız ayağa qalxdı və bu təqdirəlayiq birlikdə bütün tərəflər bir yerdə QARABAĞ deyib hayqırsalar da bişərəflər yenə də Şenokluq etdilər?!
Təxribat törətdilər!!!
Rəsmi ritorik çıxışlar bumeranq yaşatdı...
Düşmənə bu sferadada sevinc yaşadıldı...
Digər məyusedici məqamlardan biridə heç bir anti tezis hazırlamadan,Partiyasına-əqidəsinə-səngərinə xəyanət etmiş şenok və şenokyosunlular
fəsiləsinə daxil olan medallı dezertirlər,ailəsindən başqa şabaş uzadan hər kəsin qarşısında performans göstərən bəzi şortu-biznes çürükləri,müqəddəs məfhumlar,döyüş-səngər-qisas barədə danışmaqla yanaşı Şəhidin portretinə-Anasına sığınmaqla ucuz divident qazanmaq şansına dil uzatmış oldular...
Axı özünü tanımayan,dərk və idarə edə bilməyən adam başqasını necə idarə və dərk edə bilər ki???
Hərbi Xidmətdən yayınmaq,getməmək üçün özünə üzdəniraq ləkəsi atan,25 yıl bir yastığa baş qoyduğu ömür-gün məsləkdaşlarını bir medala satan şenok, bütöv bir Xalqı cüzi qənimətə düşmənə satmazmı???
Bütün bunları gözlərilə görüb,arxada söyüb,virtual şəbəkədə yandaşlıq edənlərlə hansı səngərdə,hansı cəbhədə güvənmək olar ki???
Təkcə Döyüş meydanında deyil,5 günlük həbsxana həyatında sim kart məsuliyyətini arvadına yükləyən,abırsız səhnəni avropaya qədər car çəkən,alçaldılan,özünətəsəlli nostaljiyasında-hakimiyyəti "arxamızca" deyil,başımızla idarə edəcəyik?! söyləyənlər,onları üzdəniraq edənlərin lakeyinə, görüşünə öz növbəsi üçün bu qədər tələsmələrinə səbəb nədir bə ümumiyyətlə yaramazlar ordunun hansı yerinə yaraya bilər ki???
Bunlar-özlərini bir yandan Xalqa,o biri yandan rejim başçılarına yaxan mənəviyyatca satqın,əxlaqca namussuz,ideyaca düşgün hərşeyşünaslardır və belələrinin Dövlətçilik İdealları,Dəyərlərimiz,Ordumuz adından danışması,danışdırılması xəyanətin ataloqsuz sifətlərindəndir!
Bizim yeganə məqsədimiz qələbədir,çünki Bizi yalnız O,xilas edə bilər!!!
ALLAH YAR və YARDIMÇIMIZ OLSUN !