AZADLIQ QANLA,CANLA,SİLAHLA ALINAR !

24-07-2020, 23:13

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:  


ATA Övladın yaşlandığı dağdır !
ŞƏHİD Polad Həşimovun oğlu Davud Həşimov atasının məzarını ziyarət edərkən:"Mən fəxr edirəm ki,atam Şəhidlik zirvəsinə ucaldı." Və ardınca göz yaşlarına hakim ola bilmədi.
Bu mənzərələr İnsanın qanın dondurur,nəfəsin kəsir.
Azərbaycan tarixində nümunə olacaq  ilk General Şəhiddir ki, şüurlu həyatı boyu Xalqına,Dövlətinə təmannasız xidmət edib və tanıyanların xatirində şərəfli-comərdlik nümunəsi olub.
Komandan olaraq,tabeçiliyində olan sıravi əsgərlərin qayğısını çəkib,döyüş anında daima öndə  böyüklüyünü,cəsarətini nümayiş etdirib.
Bu gün regionundan asılı olmayaraq,hər bir qürurlu və qeyrətli İnsan Polad Həşimovla sözün tam mənasında fəxr edir,qürur duyur!
Polad Həşimov əməllərilə sübut etdi ki,Azadlıq-blef sülhlə,absurd siyasi mərsiyələrlə,yalanlarla,rüşvətlə alınmaz!
Azadlıq-qanla,canla,silahla alınar!
Dedi ki,şan-şöhrət,səltənətlər-rüşvət sizin olsun,
ŞƏHADƏT Mənə yetər !
Dedi ki:
Mehmetim sevinin,başlar yüksəkdə,
Ölsək də,sevinin,evə dönsək də.
Sabah əlbət bizim,əlbət bizimdir,
Ğün doğmuş,gün batmış,əbəd bizimdir!


İstifadəçi paneli