ŞƏHİD ÖVLADI: ATAMIN QANINI ALMAQ ƏVƏZİNƏ MƏNİM QANIMI TÖKÜRSÜNZ ????

9-08-2020, 23:21

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:     

Azərbaycan Respublikasının suverenliyi,ərazi bütövlüyü uğrunda ŞƏHİD olmuş Fizuli Orucovun Qanını 27 yıldır ki, ala bilməyən analoqsuz rejim əvvəlcə övladı Elvin Oruclunu şərləyib polis bölməsində pul istədi.
Kirayədə qalan Şəhid ailəsi tələb edilən rüşvəti ödəmək imkansızlığından iftira krujevaları düzənləndi və heç bir sübut olmadan 29.120-ci maddə ("cinayət etməyə cəhd") ilə 13 yıllıq gedər-gəlməzə göndərdilər!
Hökumətin "diqqət və qayğısından" kənarda qalmayan ŞƏHİD  Övladı girov saxlanıldığı 11 saylı bazardan ("c.ç.m") yenidən sürgün edilir Qobustan qapalı həbsxanasına.
Günahı, narkoman-qumarbaz-mutilşik-işverən-başıaşağı üzüyola olmamasıdır !
Həbsxana inkvizisiyası bitdikdən sonra,11 saylı bazarın imişlili müdri Şirinov Vəli ŞƏHİD övladını şəxsi bazarına buraxmır!
ŞƏHİD Övladı bu dəfə 1 saylı c.ç.m-nə göndərilir.
Qaydalara uyğun olaraq,1000(min) manat tələb olunan karantin ("torpaq basdı") başlığını ödəyib,zona çıxır.
Sual oluna bilər ki,nədən 1000 manatı verməlidir?
Verməsə,karantindən karsa,ordanda gəldiyi Qobustan həbsxanasına qaytarılacaydı...
Müstəqil məhkəmə,dövləti və vətəndaşı tanıyan hər hansı qurumun yoxluğu imkan verir ki,kalon rəisləri istədiyi inkvizitorluğu həyata keçirsin !
ŞƏHİD Övladı 500(beş yüz)manatda ödəyib,özünə çarpayı alır.
200 manata gözlük,800 manata soyuducu və.s,alır...
Lakin yenədə O,narkoman,qumarbaz,parnoqrafik filmlərin saatı 2 manatdan satıldığı çayxanaların sakininə çevrilmir.
Əksin onlara qarşı mübarizə aparır...
Elvin Oruclunun bu cür sağlam-doğru-təmiz yaşayışı poqonlu quldurların xoşuna gəlmir və qərara gəlirlər ki,onu sındırsınlar!?
ŞƏHİD Övladının arxadan qoşa qandalla əllərini və qollarını 12 nəfər qandallayıb özündən gedənədək döyüb atırlar karsa.
İki sutkadan sonra,ŞƏHİD Övladı QAN-su içində ayılır və deyir: "ATAMIN QANINI ALMAQ ƏVƏZİNƏ MƏNİM QANIMI TÖKÜRSÜZ ???
BUDURMU SİZİN ŞƏHİDLƏRƏ,AİLƏ ÜZVÜLƏRİNƏ VERDİYİNİZ DƏYƏR ???...."
1992-ci il təvəllüdlü Elvin canıyla-qanıyla əsl qürurlu TÜRK oğludur.
Güclü idmançıdır.
1000 nəfər məhkum arasında söhbət olunası 10 nəfərdən birincisi idi.
Elvin Orucluya qarşı tprədilmiş cinayət faktl üzrə Prezidentə, Birinci Vitse-Prezidentə edilən yüzlərlə müraciət hələdə öz hüquqi həllini tapmayıb!?
07.08.2020-ci il tarixdə,anası Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə dəvət edilib,izahatı alınıb.


İstifadəçi paneli