LƏYAQƏT MÜLKİ VƏ XALQA XİDMƏT...
İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:
Son günlər Ramiz Mehdiyevin ağsaqqalıq etdiyi çal-çağır tədbiri əhatəsində baş verən olaylar,Xalqımızın Ləyaqətli kəsiminin kəsin münasibəti, illərdən bəri kütlə şüuruna zorən sərgilənən-"Vətəndaş məmnunluğu-Xalqa xidmət" blef təşviqatına verilən ən ədalətli cavab oldu !
Hər kəsə,o cümlədən uzun illərdir ki,bu Xalqın canı-qanı-azadlığı bahasına,hər bəladan nəf etməklə səltənətlərini qurmuş kriminal-korrupsioner məə-mırr-lara açıq mesajdır.
Ki-oğurladığınız Azadlıqlarımızı nə ilə ödəyəcəksiniz?
Bu qədər qazandığınız Xalq nifrətinə, Allah qəzəbinə nə cür cavab verəcəksiniz?
Arxasına arxa olduğunuz,bütün hakimiyyətlərin bir dəfə istfadə edib atdığı, rəqiblərinizi şərləmək üçün stiqmaladığınız-"ictimai-siyasi-fəal" QıF-la fakslaşdığınız təkzibolunmaz faktlara haranızla cavab verəcəksiniz ?
Ev-arvadı,fəxri ad verib medalladığınız özünü tanımayan, başlarını aftoritetə,onunkuna-bununkuna uzadan məlum üzdəniraq QıF sürüsünəmi güvənirdiniz?
Siz nə qədər xırda və alçaqsınız !
Qanmırdınızmı, hərbi xidmətdən yayınmaqdan ötrü özünə ən rəzil diaqnoz yazdırıb,çənəsində xalta kimi gəzdirənlər üçün həyatda satılmaqdan-atılmaqdan-yaldan başqa müqəddəs heç bir şey yoxdur!
Heç bir anti-tezis hazırlamadan bilinsin ki,Xalq-Hökumət arasında yaradılmış uçurumun əsas moderatoru bu günümüzün toybaşısı və ona lakeylik etmiş məlum çetedir !
Vətən-daş Dövlətini sevməzmi ?
Vətən-daş Dövlətinin güclü olmasını istəməzmi?
Vətən-daş güclü ordu,güclü Mediasının olmasını istəməzmi?
Bu gücləri güclü edənlər iradəsi-əqidəsi-vicdanı-namusu güclü olanlarla yalnız mümkündür !
Atılmışlardan,könlünü-ruhunu satmışlardan, səngərini, partiyasını atıb qaçanlardan ən yaxşı halda xəyanət görə bilərsən, necə ki,görürsünüz !
Unutmayın ki,mülki,var-dövləti,vəzifəni itirmək o qədər də faciəvi hal deyil.
Çün ki, bütün bunlar İnsanın ki, deyil !
Acınacaqlısı İnsanlıq vəzifəsini,həqiqi MÜLKÜNÜ-LƏYAQƏTİNİ itirməkdir !