Goranboyda qəza oldu, bir nəfər yaralandı.

23-11-2020, 14:12

Goranboy rayonunda yol qəzası baş verib. Məlumata görə, hadisə Goranboy-Zeyvə yolunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Zeyvə kənd sakini Rzayev Şahlar Şahmar oğlu müxtəlif bədən xəsarətləri alıb. Ətrafdakıların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli