Sumqayıtda avtomobillə vurulan piyada ölüb

3-12-2020, 13:02

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə gedən magistral yolda piyada, 1988-ci il təvəllüdlü İbrahimov Arzuman Mahmud oğlunu “Hyundai” markalı avtomobil vurub. Nəticədə 32 yaşlı kişi hadisə yerində ölüb. 


İstifadəçi paneli