Türkiyədə yenidən zəlzələ oldu

6-12-2020, 12:34

Türkiyənin İzmir şəhərinin Çeşmə rayonunda 4 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, yerin 7.13 kilometr dərinliyində meydana gələn zəlzələ zamanı heç bir dağıntı və tələfat qeydə alınmayıb.
Qeyd edək ki, dünən Antalya şəhəri yaxınlığında 5.4 bal gücündə zəlzələ baş vermişdi.


İstifadəçi paneli