Ermənistanda aksiyası başladı: Yeraltı və yerüstü yollar bağlandı

8-12-2020, 17:11

Ermənistanda itaətsizlik aksiyası başlayıb. Müxalifət Baş nazir Paşinyanın istefasını tələb edir.
Bildirilir ki, aksiyaçılar İrəvanın mərkəzindəki küçələri bağlamağa başlayıblar, nəqliyyatın hərəkəti iflic olub.
Bundan başqa, metronun da fəaliyyəti dayanıb.
“Qortsaranain” stansiyasında etirazçılar maşinistlərə hərəkətə icazə vermirlər. Maşinistlər həm də təhlükəsizlik səbəbi ilə hərəkət etmirlər.


İstifadəçi paneli