NAZİM İDEAL: RÜŞVƏT ATƏŞKƏSİ TƏMİN EDİLSİN !

7-01-2021, 16:07

Ölkəmizdə real olaraq müharibə gedir!

Şüurlu həyat yaşayan hər bir Vətəndaş bunu görür və öz ləyaqətli töfəsini verir!

Başlıcası Azərbaycan gəncliyi təbliğat-təşviqat olmadan ölümün üzərinə şığıyır!

Şəhidlərimiz, onların Ailə üzvülərinin Dövlətimiz naminə mövqeləridə ortadadır!

Həsrətində olduğumuz Qalib Dövlətin Qürurlu Vətəndaşı statusu qazanılırkən, arxa cəbhədə dövlətin-xalqın milyonlarını oğurlamış məə-mırrlar nədən rüşvət atəşkəsinə riayət etmirlər?

Nədən oğurladıqları milyonlardan ordumuz üçün xərcləmirlər?

Niyə birinin övladı döyüş məkanında deyil?

Bunları vətənin dar günündə ordudan yayındıran xainlərlə düşmənin  fərqi nədir?

Namus alverçiləri dövlət adından xoşlarına gəlməyən adamları şərləyib, tutdurur;

Hakimiyyət orqanlarında təmsil olunan zombilərin hamısı bunların vələdzinaları, Bakı küçələrində "quluşutel" xoruldadanlar bunlar, bütün gəlirli sahələr, əxlaqsızlıq yuvaları, harın-"bespredellik" edənlər bunlar olduğu halda hardadırlar?, niyə gizləniblər?

Bu millətə vətənpərvərlikdən , əxlaqdan ,türkçülükdən ,millətçilikdən dərs verən ruhsuz bicbalalar, işverenlər, üzəduranlar nə üçün ,kim üçün  gizlədilir?, qorunur?, mühafizə edilir???

Biz kosmosa uçmamışıq, amma üstündə durduğumuz toprakda baş verən yalanın kosmik surəti qarşısında dayanmağa çalışır və doğrunu yazırıq!


İstifadəçi paneli