2016-cı il, 28 mart. Həftənin 1-ci günü ...
MM-dən təcili olaraq girov saxlanıldığım 8saylı konslagerə yatab edildim.
Dedilər ki, Qaçay adlı yeni rəis təyin edilib .Rəisin qəbuluna gətirdilər. Kresloda yaxmanan bu adamın başı oturacaq yerindən görünürdü.
İlk ağzından çıxan söz: mən səndən qorxmuram.Nə istəyirsən bu hökümətdən hii ?
Sən bizə heç nə ede bilməzsən!-ağsaqqalın (Ramiz Mehdiyevin) özü bu işlə şəxsən məşğuldur.
Sayt yaradıb (İdeal Press-Expromt) hökuməti yıxmaq istədiyini bütün orqanlar bilir, gəlirlər...
06.04.2016 tarixdə bütün zabit heyəti axtarış-baxış adı altında çarpayımın ətrafında dövrə vurubgetdikdən 5dəqiqə sonra,qırmızı sifət mayor depenka -Yardımlının qarağatdibi kəndindən olan Bəgalıyev İsgəndər Məni qaçayın kabinetinə apardı.
Sostav kabinetə toplaşmışdı.
Qaçay : "Bizim arvad -uşağımızın nə günahı var?, niyə söyürsən Ramiz Mehdiyev bu dövlətin ağsaqqalıdır,onu...?
15 sutka kars və 16.04.2016-da maskalı silahlı birləşmələr qaçayın otağında başıma odlu silah dayayaraq öldürəcəklərilə and-aman edirdilər!?
21.04.2016 tarixdə 15 sutka kars müddətim bitdi və Məni 11-ci bağlı kameraya gətirdilər.
Nə az, nə çox 11 yıllıq girovluq illərimin 10 yılını 5 kvadratlıq şəraitsiz 2-ci korpusun 2-4 kamerasında saxlanılmışam.
20 nəfərlik kamerada 21-ci sakin olacaqdım.
Bu cür böyük kameralar da cavabdeh kimi kimisə tanınır.
Özlərini cavabdeh kimi hiss edən əslən Səlyandan olan Dadaşov Elçin, Romana qəsəbəsindən olan Səhrayı Rəfail, Bakının Əhmədli qəsəbəsindən olan Badya Saşa bildirdilər ki: "Rəis bizi çağırıb dedi ki, Nazim Quliyev əlinə qələm alsa sizin qələminizi sındıracam,bütün imtiyazlarınızı ( istənilən vaxt telefon -görüş-narkotika qəbulu və s.) kəsəcəm. Ona görə bizi nəzərə almağını xahiş edirik..."
Narkomanların xahişlərini rədd etdim!
Kameranın demək olar ki, 80 faizi sabun yarmarkasının müştərilərindən idi.
Bou-buxun var,amma ürək -cəsarət-kişilik yoxdur.
İlk dəfə üzümü görən, lakin barəmdə hər şeyi bilən Şərifov Əzizağa Əzizağa oğlu yaxınlaşıb bildirirdi:" Həci yerin hazırdı, keç biz az dincəl".
Allahverdiyevin dayısı oğludur. Çox mədəni,alicənab kişidir.
Moskva Dövlət Universitetinin məzunudur.
Ardınca,hər kəsin Ben Laden kimi tanıdığı Naxçıvanlı Yusif yaxınlaşdı və əlini yataq yerinə uzadaraq, ora sənindir...və.s,
"Yaxşı oğlanlar" bu və ya digər missiyaların yerinə yetirə bilmədiklərinə görə,rəis onlara yaratdığı bütün imtiyazlara veto qoydu.
Kamerada gərginlik artırdı.
Özünü tanımayan, mövqeyi olmayanlar sanki zəncirdən başını çıxarıb Mənə tərəf qaçmaq istəyirdi...
Rəisin yaxşı işverənlər fraksiyası bu dəfə Lotu Quliyə kurs edəcəklərini bildirdilər.
Rəhmətlik Quli 8 Saylı osobıda danışdığı-məsləhətləşdiyi-paylaşdığı tək adam olmuşam!
Bir-birimizi çox böyük dəyər vermişik!
Bu barədə zamanı gələndə yazacam.
Yarım saat keçməmiş Qulidən Mənə məktub və zənbil gəldi.
Yazmışdı ki, səbirli ol, Sən qalibsən...
Biləsuvarlı Qədir Bəşirov başda olmaqla, sabahısı günü rəisin bütün "qəh...rəmanlarını" əvvəlcə şkonkanın altına, sonra isə kameradan çölə atdılar.
Əzizağa Şərifov Quranı əzbər bilir, hafizdir.
ALLAHIN buyurduğu vacib əməlləri mükəmməl yerinə yetirir.
Tanıdığım surəcə ondan hər hansı bir pis vərdişin nişanəsini görməmişəm.
Əzizağa həbsdə olarkən bütün doğmalarını-atasını,anasını,bacısını,qardaşlarını itirib.
Allaha sığınan Əzizağaya qarşı analoqsuz iftira krujevaları tikən çete onun adına "posilka" göndərərək ayaqqabının dabanında narkotika yerləşdirir.
Göndərən şəxsi tanımasada sifarişçinin zövqünə uyğün proses davam etdirilməkdədir.
8 saylı C.Ç.M-də cəza çəkən vətəndaş məhkumlar və Ədliyyə əməkdaşları narkotikanın Dadaşov Elçin Rafiq oğluna məxsus olduğunu bildirirlər.
Çünki Dadaşov bu işin peşəkarıdır və dəfələrlə həyat yoldaşı Elnara başda olmaqla digər xanımların adlarını "ittiham akt" larının sakini etmişdir.
Ardı var