NAZİM İDEAL: MÜALİCƏSİZ SİSTEM

12-01-2021, 13:15

Mübaliğəsiz  deyə bilərəm ki, bizim ölkədə İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının müdafiəsi, hüquq-mühafizə orqanları, penitensiar-səhiyyə-sisteminə işə qəbul konkret rüşvətin üzərində reallaşdığından, illlərdir ki, qanunlar qaydalara hamilə qalmağa məhkumdur!

Çox yaxından tanıdığım çiyni paqonlu, yanı naqanlı şəxslər istər orta məktəb illərində, istərsə də diplom xatirinə rüşvətlə pərçim edilmiş "ali təhsil ocaqlarında" ən böyük nailliyyətləri hörmət müqabilində 3 olmuşdur.

Həyat yollarında üç üstə yıxılan bu binəvalar özləri kimi həyat sürən şüursuz heyvanları satıb verib şüursuz iribuynuzlu prototiplərə dönüb olub "dövlət qulluqçusu" və ya "məə-mırr"!?

Verdiyi rüşvəti çıxarmaq üçün işə qəbul edilən zombilərdə başlayırlar  hüquqsuz-dövlətsiz -hüquqsuz-zavallı millətin hüquqlarını sormağa...

Ona görə də hüquqlarımızı başı boş hüdudsuzlar, səhiyyəmizi isə xəstələr yönləndirirlər! 


İstifadəçi paneli