NAZİM İDEAL: İP, AZADLIQ, İNSAN , BÜDCƏ, QANUN, MANDAT...., OĞRULARI...

13-01-2021, 12:05

De- fakto, de-yure oğruçular İnsan hüquqlarının  "qorunmasına" məsul edildiyindən , heç bir Vətəndaş hüquq- mühafizə orqanlarına inanmır və bilir ki, müraciət edəcəyi təqdirdə problem üzərinə əlavə problem gələcək.

Ona görə də artıq vətəndaş cəmiyyəti problemlərini dərd olaraq içində çəkməyə məhkumdur.

İp oğrusunun oğlu rəis olduğu Səbail rayon polis idarəsi avqust ayından bu günə kimi 8 nəfər oğruçu təsbit edildiyi halda hər birindən istədiyi pulu alıb işidə fırladıb arxivə tullayıb.

Yuxarı adlandırılan orqanlarda qanunlardan sabotaj karuseli düzəldib İnsan və Vətəndaş hüquq və əsas azadlıqları üzərin də korrupsiya rəqsi oynamaqdadır!
Həbs edilən "Azərxalça"nın oğlu hazırda Səbail rayon Polis idarəsinin rəisidir, polkovnikdir, medallılardandır.

Atasının əlaqələri hesabına Vətəndaşların hüquqlarını ilmə-ilmə satan Cavid Muradovun ditektivləri üzrə ört-bastır edilmiş cinayət işlərinin üzərinə atılmış xalçalar götürələcək və azadlıqların prinsipləri diriləcək.

Onlarla zərərçəkmiş ailəsi onlara dəymiş maddi ziyanın ödənilməsinə müvəffəq olarlar...

Bu sırada YAŞAT Fonduna təklifim var:

Hesab edirəm ki, dəyərləndirə biləcəklər.
Çün ki, dövlətin yaratdığı təşkilatların təkliflərinə korrupsionerlər bumeranq yaşada və eyni zamanda haqqı boğmaqdan ötrü HMO-nu öz satellitinə çevirə bilmir!

Ona görə də təklif edirəm ki, Bakının və Sumqayıtın yarısı boyda inşa edilmiş hər birinin smeta dəyəri milyonlar olan, başlıcası korrupsioner harın məəmırrlara məxsus priton kimi fəaliyyət göstərən restoranlar, şadlıq sarayları onlardan alınsın və Şəhid ailələrinin, Qazilərin problemlərinin həllinə yönləndirilsin.

Özləri kriminal korrupsioner, övladları fərari olanlar hansı haqla bu Vətən toprağı üzərində ərköyünlük etməlidirlər???

Ərini yataqda atıb əxlaqsızlığın inkişafına böyük töhfələr verdiklərinə görə Xalq-Əməkdar fəxri adlarla təltif edilmişlərin amoralizm qazancına səbəb olan bu cür obyektlərin fəaliyyət göstərməsində kimlər maraqlı ola bilər ki?

Yalnız və yalnız çörəkləri bundan çıxanlar...
Şəhid Füzuli Orucovun ailəsi Fazilə Orucovanın yaşamağa evi yoxdur.

Birinci Vitse-Prezident Mehriban Əliyevanın Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı məktubdan sonra belə, rüşvət tələb olunur.

9 yıldır ki, Şəhidin oğlunu 1 saylı C.Ç.M-nin rəisi Emin Həsənov , müavini  Çingiz Hadıyev və başlarının  dəstəsilə özündən gedənədək döyüb atırlar karsa.

Ardınca, zonunu dəyişib göndərirlər 7 saylı C.Ç.M-nə... Hansı ki, Elvin buna kimi 1 saylı C.Ç.M-də, Qobustan həbsxanasında səbəbi bilirsinizmi nədir?

NARKOMAFiYAYA YOX deməsidir.

Müstəqil, məsləkli bir neçə nəfərin müşayətilə cəzaçəkmə müəssisələrində monitorinq keçirilsə məlum olar ki, zonların 95 faizi narkotika aludəçisidir və əksəriyyətidə məhz həbsxanada qurşanıb.
1-2-11 saylı C.Ç.M-i hazırda bu istiqamətdə daha böyük uğurlara imza atmaqdadır.

Prezidentin kriminal-korruosioner məə-mırrlara qarşı apardığı prinsipial mübarizə təqdirəlayiqdir və bu hüququn diskriminasiyasız, nepotizmsiz, davamlı olmasını hüquqları deformasiyaya uğramış hər kəs gözləyir...













 
 












 





























































İstifadəçi paneli